Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən tələbə təşkilatları tərəfindən bir neçə maraqlı tədbir həyata keçirilib.
Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı ilə baş tutan rəsm və piano dərsləri, “Dahilər unudulmur” adlı intellektual oyun, ADPU YENİ Klubun təşkilatçılığı ilə təşkil olunan işarə dili seminarı və “Film qalaktikası” adlı intellektual oyun bunlara misal ola bilər.
Qeyd edək ki, Universitetdə tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrinə və ictimai-sosial inkişaflarına dəstək göstərmək məqsədi ilə hər həftəsonu mütəmadi olaraq bu qəbildən müxtəlif layihələr icra olunur.

Bənzər yazılar