Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinə prorektor vəzifəsinə yeni təyinatlar olub. 

Mektebgushesi.az xəbər verir ki,  elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Ətrabə Gül Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələr üzrə, Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə və Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunublar.
Yeni təyinat münasibətilə prorektorları təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq!

Bənzər yazılar