2024-04-16 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi elan edilir.
Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Hakaton formatında keçiriləcək müsabiqənin məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarını dəyərləndirməkdir.
Müsabiqənin keçirilmə vaxtı 26–28 aprel tarixləridir. Müsabiqədə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilərlər.Müsabiqə qaliblərinə I yer üzrə 2000 AZN, II yer üzrə 1500 AZN, III yer üzrə isə 1000 AZN məbləğində mükafat təqdim olunacaq. Müsabiqə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutacaq.Müraciət üçün son tarix 20 apreldir. Müsabiqəyə fərdi və ya komanda şəklində müraciət etmək mümkündür.
Fərdi müraciət üçün qeydiyyat linki: https://forms.gle/ariLke23enkgwqTV7
Komanda şəklində müraciət üçün qeydiyyat linki: https://forms.gle/naNKUFEohNxjY4YbA
Qeyd edək ki. komandanın tərkibi 10 nəfərdən ibarət olmalıdır.

Bənzər yazılar