Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, texnika elmləri doktoru Namiq Abdullayev 77 yaşında vəfat edib.

Mektebgushesi.az xəbər verir ki, Namiq Abdullayev 2013-cü  ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb. O, 40-dan çox dərslik və metodiki vəsaitin, 12 monoqrafiyanın, 200-dən çox elmi və elmi-pedaqoji əsərin müəllifi idi.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Namiq Abdullayev 2010-cu ildə “Tərəqqi” medalı  ilə təltif olunub.

AzTU-nun rəhbərliyi və kollektivi Namiq Abdullayevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!

 

Bənzər yazılar