Mektebgushesi

10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. Mektebgushesi.az xəbər verir ki, Olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edib. Bu mərhələ çərçivəsində olimpiadanı izləmək üçün Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyi, Təhsil […]

Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları

Son vaxtlar uşaqlarda yüksək hərarət, səpki, boğaz ağrısı simptomları tez-tez müşahidə edilir. Xezerxeber.az-ın məlumatına görə, bu cür simptomlarla bağlı müraciət edənlərin sayında da artım var. Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev bildirib ki, qızılca ilə oxşar simptomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir: “Bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar […]

Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat yekunlaşır

Müsabiqədə iştirak etmək üçün ölkənin müxtəlif regionlarından peşəkar metodist kimi fəaliyyət göstərmək istəyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat fənn müəllimləri dəvət olunurlar. Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır: • Pedaqoji […]

“Yeni nəsil Riyaziyyat dərslik komplektinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri” adlı vebinar keçiriləcək

30 aprel tarixində saat 15:00-da ARTİ-nin Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqovun moderatorluğu ilə “Yeni nəsil Riyaziyyat dərslik komplektinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri” adlı vebinar baş tutacaq. Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Esmira İsmayılova – Sizi çox sevirik, İslam müəllim!…

İslam Qəribli – 70 Tanınmış ədəbiyyatşünas alim, tədqiqatçı,  pedaqoq, şair, publisist, dəyərli ziyalı, filologiya elmləri doktoru, prof. İslam Qəriblinin bu günlərdə 70 yaşı tamam olur. 70 illik yubileyini AMEA-nin Nizami adına Ədəbiyyat İnstitunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi qarşılayan, sadə kənd müəllimliyindən  alimliyə qədər şərəfli həyat yolu keçən  İslam Qəriblinin  pedaqoji, bədii, elmi, […]

Əlimusa İbrahimov – BDU beynəlxalq elmi əməksaşlığa  layiqli töhfə verir

1919-cu ilin sentyabrında müsəlman Şərqində ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin yaradılması müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisə olmuşdu. Bu hadisədən bir qədər sonra BDU-nun ilk rektoru V.Y.Razumovski İtaliyada ezamiyyətdə olarkən mehmanxanada doldurduğu anketdə “vəzifəsi” sözünün qarşısında iftixar hissi ilə yazmışdı: “Bakı Dövlət Universitetinin rektoru”. Oxucuda elə təsəvvür yaranmasın ki, Azərbaycanın […]

LDU-da “yaşıl” iqtisadiyyatla bağlı  Elmi-praktiki konfrans

  Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl” iqtisadiyyat və davamlı inkişaf” mövzusunda  Elmi-praktik konfrans keçirilib. Elmi-praktiki konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektorunun  müşaviri, prof. Mikayıl Məhərrəmov açıb və LDU-nun rektoru prof. Natiq İbrahimovun təbrikini konfrans iştirakçılarına çatdırıb. Keçirilən konfransın olduqca vacib qlobal problemə həsr olunduğunu […]

Sumqayıt Dövlət Universitetinə yeni təyinat olub

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə Mektebgushesi.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, “Mercedes-Benz Consulting” şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqramı məzunu Günay Kazımzadə SDU-nun “SABAH Magistratura Proqramları” üzrə rektor müşaviri təyin olunub.

“Əsrin müqaviləsi” – Azərbaycanın davamlı inkişafının təməlidir

2024-cü ilin 26 aprelində Mingəçevir Dövlət Universitetində (MDU) “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr edilmiş “Əsrin müqaviləsi” – Azərbaycanın davamlı inkişafının təməlidir” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun Sənayenin təşkili və idarəetmə və Mexanika kafedralarının birgə təşkilatçılığı ilə keçirilən görüşdə universitetin bir qrup akademik və inzibati heyət üzvü iştirak edib. Tədbiri giriş sözü ilə açan Sənayenin təşkili […]

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. Əvvəlcə, Elmi Şuranın sədri, ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor Mahirə Hüseynovaya Dünya Söz Akademiyasının fəxri akademik üzvlüyü diplomunu və Xuraman Səfərova,  Səbinə Hacıyeva və Şəfa Məmmədovaya dosent attestatlarını təqdim edib. Şuranın iclasında Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov “ADPU-da professor-müəllim heyətinin […]

Turqut Nəhmətli – YARADAN İLƏ TƏNHA

“Üst-üstə yığılmış xatirələrin ətrini yayan çoxlu xırda əşyalar vardı”, – deyir Avqust Strindberq “Tənha” əsərində. Bu əşyalar Strindberqi  tənhalıqdan qurtarmadığı üçün bu əsəri yazdığını anlamaq elə də çətin deyil. Digər tərəfdən, bunu gözləmək də absurddur. Mücərrəd ruhun tənhalığını konkret cisimlər yox edə bilməz. Ruhumuz daim tənhadır. Bəzilərimizinki kədərimizlə, bir qismimizin ruhu sevincimizlə və ya bəlkə […]

Düşüncə və Öyrənmə Elmlərində irəliləyişlər

  Müasir öyrənmə və bilmə nəzəriyyələri biliyin şüurda necə təmsil olunduğunu, təşkil olunduğunu və işlənməsini vurğulayır. Bilik və anlamanı dəstəkləyən sosial və iştirakçı təcrübələr də daxil olmaqla öyrənmənin sosial ölçülərinə də diqqət yetirilir. Bu biliklər toplusu, qiymətləndirmə təcrübələrinin tələbə nailiyyətlərinin daha mürəkkəb aspektlərini əhatə etmək üçün komponent bacarıqlarına və diskret bilik hissələrinə diqqətdən kənara çıxmalı […]

“Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda “dəyirmi masa” keçirilib

26.04. 2024 tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi “Təhsil Ekspertləri Mərkəzi” ilə birgə “Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda dəyirmi masa keçirmişdir. Mektebgushesi.az xəbər verir ki, dəyirmi masada Millət vəkilləri Ceyhun Məmmədov Elm Və Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev Bakı Şəhər Təhsil […]

AzTU-da görüş təşkil olunub

  Azərbaycan Texniki Universiteti (AzTU) ilə “SmartNation” platformasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Gələcəyin Zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib. Mektebgushesi.az xəbər verir ki, görüşdə “SmartNation” platformasının rəhbəri Şəbnəm Məmmədova layihə barədə ətraflı məlumat verib, həmçinin iştirakçılarla bağlı gözləntilərini paylaşıb. Müzakirələr zamanı tələbələrin təhsil və sənayedə üzləşdikləri mövcud problemlər və ehtiyaclar dinlənilib, onların sualları cavablandırılıb. […]

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

Çinin Şençjen şəhərində 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) təşkil edilib. Təhsil İnstitutundan  bildirilib ki, milli komandamız uğurla iştirak edərək ölkəmizə 3 medal qazandırıb. Bakı şəhəri, Kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 3 şagird bürünc medal […]