Mektebgushesi

ADPU-nun Şəki filialında Gənc Psixoloqlar Birliyinin 6 illiyi qeyd olunub  

Aprelin 29-da  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Psixoloqlar Birliyinin (GPB) fəaliyyətə başlamasının 6-cı ildönümünə həsr olunmuş “Doğru bilinən yanlışlar” mövzusunda tədbir keçirilib. Əvvəlcə təhsildə sosial-psixoloji xidmət ixtisasının III tədris ili tələbəsi Jalə Əliyeva “Ata-övlad münasibətində doğru bilinən yanlışlar” mövzusunda çıxış edib. Daha sonra III tədris ili […]

ADNSU-da 30 aprel faciəsinin 15-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçrilib

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel faciəsinin 15-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçrilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, universitetin rektor əvəzi, dosent Vazeh Əskərovun, universitetin professor-müəllim heyəti və qətliam zamanı həyatını itirənlərin yaxınlarının iştirak etdiyi tədbir 30 aprel faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önünə əklil qoyulması və gül dəstələrinin […]

İmtahan nəticələri elan olunub

  İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər. Mektebgushesi.az xəbər verir ki, şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar […]

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərslər başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda 2023-2024-cü tədris ili üzrə keçirilən dərslər başa çatıb. BŞTİ və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində keçirilən yekun dərsdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin […]

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda və görüşlərdə iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru Rakib Əfəndiyev Pakistanda keçirilən “Davamlı inkişafda riyaziyyat və əlaqəli elmlərin rolu: sənaye və akademiya arasında körpü” (ICRMASSD: BIA-2024) mövzusunda I Beynəlxalq konfransda iştirak edib. Sind Ali Təhsil Komissiyasının (SHEC) dəstəyi, Karaçi Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə Heydarabad Dövlət Kollec Universitetində təşkil olunan konsfransda R.Əfəndiyev “İ̇nverse […]

ADU-nun müəllimi beynəlxalq konfransda iştirak edib

  Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin müəllimi Bahar Əliyeva Türkiyənin Erciyes Universitetində keçirilən Koreyaşünaslıq üzrə “IV ERAKAM” beynəlxalq konfransda iştirak edib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, konfransda o, “Koreyada “backpacking(bel çantası)” səyahətinin yaranması və populyarlaşması” adlı məruzə ilə çıxış edib. Sözügedən konfransda Türkiyə, Cənubi Koreya, Bolqarıstan, Sloveniya, İtaliya, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İordaniya və s. olmaqla, ümumilikdə, 14 ölkədən 70-ə […]

Təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş şəxslərin yaş həddi artırıla bilər

Təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinə yenidən baxılması və ya artırılması məsələsi ilə bağlı təkliflər aidiyyəti üzrə göndərilib. Mektebgushesi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, […]

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi keçiriləcək. Bu barədə “Report”a Azərbaycan Vəkillər Kollegiyasından bildirilib. Qeyd edilib ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, […]

Ali məktəblərdə magistratura ixtisaslarının illik ödənişi niyə yüksəkdir? – VİDEO

Təhsil ili üç-dörd min manat olan magistratura ixtisasları… Xezerxeber.az-ın məlumatına görə, əczaçılıq, dirijorluq, heykəltəraşlıq, rəngkarlıq və digər bu kimi ixtisasların magistratura pilləsində təhsil almaq istəyən tələbə iki il ərzində səkkiz min manat ödəniş etməlidir. Bəs gənclərə bu qiymətin əvəzində yetərincə təhsil verilirmi? Təhsil ekspertlərinin sözlərinə görə, bu ixtisasların magistratura səviyyəsində təhsili xaricdə həm daha aşağı qiymətə, həm […]

ADNA terrorundan 15 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – red.) törədilən terror hadisəsindən 15 il ötür. Mektebgushesi.az xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli […]

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu başlanır

  “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu start götürüb. Mektebgushesi.az xəbər verir ki, müraciətlər mayın 1-dən 10-dək qəbul ediləcək. Ümumi biliklər imtahanını uğurla tamamlayan iştirakçılardan şəxsi kabinetə daxil olaraq “Şəxsi məlumatlar” bölməsindəki informasiyaları yeniləmələri / əlavə etmələri tələb olunur. CV turunda iştirak etməyən namizədlər əyani mərhələnin imtahanlarına buraxılmayacaqlar. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu […]

İnformatika üzrə fənn olimpiadalarının final nəticələri

Aprelin 28-də keçirilən informatika üzrə Respublika Fənn Olimpiadalarının (RFO) final turunun nəticələri açıqlanıb. Qaydalara əsasən, iki yaş qrupu üzrə 1-5-ci yerlər və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl medal, 6-15-ci yerlər və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş medal, 16-30-cu yerlər və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıblar. Qeyd edək […]

Sabiq məktəb direkoru həbs edilib

Mənimsəmə və rüşvət alma kimi cinayətlərdə təqsirləndirilən Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis Tağıyevə hökm oxunub. Mektebgushesi.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İngilis Tağıyevin məktəbin bir neçə müəllimini şantaj edərək rüşvət aldığı, məktəb üçün ayrılan vəsaitləri ələ keçirdiyi bildirilib. Bəlli olub ki, 2002-ci ildən 2022-ci ilədək məktəbə rəhbərlik etmiş İ.Tağıyev […]

Elm və təhsil naziri Emin Əmrullayev vətəndaşları qəbul edəcək

  Elm və təhsil naziri Emin Əmrullayev 17 may tarixində Masallı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər. Bu barədə nazirlikdən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, adları çəkilən rayonların sakinləri 10 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 […]

LDU-nun tələbələri Türkiyədə istehsalat təcrübəsindədir

  Lənkəran Dövlət Universitetinin (LDU)  “Baytarlıq” fakültəsinin “Baytarlıq” ixtisasının  V tədris ilinin 11 tələbəsi 27.02.2024-cü il tarixindən Türkiyənin Qafqaz (Qars) Universitetinə  3 ay müddətinə istehsalat təcrübəsi keçmək üçün göndərilib. Hal-hazırda tələbələrimiz qruplara ayrılaraq dörd fərqli sahədə – baytarlıq cərrahiyyəsi, süni mayalanma, yoluxmayan daxili xəstəliklər, mamalıq və ginekologiya sahələrində istehsalat təcrübəsində iştirak edirlər. Universitetdən Mektebgushesi.az-a verilən […]