Mektebgushesi

ADPU-nun Şəki filialında “Yaşıl dünya evimizdir” mövzusunda konfrans keçirilib  

Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki Şəhər İcra Hakimiyyəti və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə “Yaşıl dünya evimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elman İsmayılov, şöbə müdirinin müavini, baş məsləhətçi Sadiq Yusifov, filialın direktoru, dosent Vurğun Məmmədov, professor-müəllim heyəti, struktur bölmə rəhbərləri və tələbələr […]

Türkiyəli alim LDU-da olub

  Türkiyənin Afyon Kocatepe Universitetinin dosenti Mehmet Fatih BOZKURT Erasmus + layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU)  olub. Türkiyəli tədqiqatçı Lənkəran Dövlət Universitetinin “Baytarlıq” ixtisası tələbələrinə mühazirə oxuyub və heyvanlarda olan patoloji xəstəliklər barədə məlumat verib. Lənkəran Dövlət Universitetinin  rektoru,  prof. N. İbrahimov türkiyəli alimi qəbul edib. Görüş zamanı  prof. Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin […]

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Aprelin 24-də UNEC və Hacəttəpə Universitetinin birgə təşkilatçılığı ilə “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfransın açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov tədbirin universitetdə keçirilməsinin təsadüfi olmadığını bildirərək, “erməni soyqırımı” ilə bağlı həqiqətlərin dünyaya, beynəlxalq aləmə çatdırılmasında məhz elm adamlarının ən güclü təbəqə olduğunu deyib. Hər hansı […]

Bartın Universitetinin müəllimi ADPU-da olub  

Aprelin 24-də Türkiyənin Bartın Universitetinin müəllimi Ayşenur Nazik Fayız Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub. ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonağı qəbul edib. Görüşdə, həmçinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və mütəxəssis Rufanə Əhmədova da iştirak ediblər. Rektor qonağı salamlayaraq universitet haqqında məlumat verib. ADPU-nun xarici universitetlər, xüsusilə də Türkiyə universitetləri ilə əlaqələrindən bəhs […]

İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri Şamaxı rayonunda baş tutub

  Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024-2025-ci tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. Bu istiqamətdə İnstitutun növbəti səfəri Şamaxı şəhərinə olub. Şamaxı Rayon İcra Hakimiyyəti və […]

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyasının açılışı olub

Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Pedaqoji-psixoloji xidmət laboratoriyasının açılışı olub. Laboratoriyanın açılış mərasimində ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, Məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent Nailə Hüseynova, eləcə də müvafiq struktur rəhbərləri, kafedra müdirləri, müəllim və tələbələr iştirak […]

SAP-nin Azərbaycan üzrə nümayəndəsi AzTU-da seminar keçib

  Məlumat informasiya sistemləri sahəsində ixtisaslaşmış Almaniyanın məşhur SAP şirkətinin Azərbaycan üzrə baş direktoru Anar Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) seminar keçib. Mektebgushesi.az xəbər verir ki, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün təşkil edilən seminarda SAP mütəxəssisi kimi formalaşmaq üçün mövcud tələblər, SAP-nin yerli və qlobal bazarlarında təcrübə fürsətləri müzakirə edilib. Həmçinin SAP Universitet Alyanslarının qlobal […]

MDU-nun əməkdaşı Finlandiyada keçirilən təlimlərdə iştirak edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyvaskala Universitetində növbəti təlimlər keçirilir. Mektebgushesi.az xəbər verir ki, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiyi təlim proqramında MDU-nu İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təmsil edir. Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil […]

Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan–Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Mərasim zamanı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qırğız Respublikasının təhsil və elm naziri Doqdurkul Kendirbayeva “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”i […]

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı keçirilib

  Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi “Mübariz” filminin təqdimatı keçirilib. BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra filmin istehsalında əməyi olan “Munis Production” şirkətinin nümayəndəsi Emin Yaqubzadə çıxış edib. Şəhidlik zirvəsinin […]

Bakıda 153 nömrəli tam orta məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib. Mektebgushesi.az  bildirir ki, bu barədə Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb: “Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur. Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Müvafiq mütəxəssislər tərəfindən məktəbə […]

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Nino Tseretelinin sədrliyi ilə hər iki qurumun nümayəndələri arasında onlayn görüş keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması və təkmilləşdirilməsinə dair qurumlar arasında ilk dəfə […]

ADPU-da təlim: İlk yardım – İkinci həyata addım

  Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, ADPU TGT-nin tərəfdaşlığı ilə “İlk yardım – ikinci həyata addım” mövzusunda tibbi-profilaktik təlim keçirilib. Əvvəlcə, Pedaqoji Universitetin TGT sədri Təhmasib İmaməliyev və 2 nömrəli Bakı Baza Tibb Kollecinin TGT sədri Zahid Aydın çıxış edərək düzgün və […]

AzMİU-da “WORK4CE” layihəsi çərçivəsində Pilot tədris həftəsi başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə “WORK4CE” layihəsi çərçivəsində Pilot tədris həftəsinə start verilib. AzMİU-da Avropa İttifaqının Erasmus+ KA2 proqramının CBHE “WORK4CE” layihəsi çərçivəsində beynəlxalq dərəcəli professor və müəllim heyəti tərəfindən dərslər təşkil olunub. Layihənin ilk günü AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Ukrayna Zaporoje Politexnik Milli Universitetinin professoru, sözügedən layihənin rəhbəri Galina Tabunshchikin […]

MDU-nun əməkdaşı “DIRNA” Erasmus+ layihəsi çərçivəsində Finlandiyada keçirilən təlimlərdə iştirak edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyvaskala Universitetində növbəti təlimlər keçirilir. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiyi təlim proqramında MDU-nu İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təmsil edir. Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil sistemində keyfiyyətli tədqiqat […]