Mektebgushesi

UFAZ-da Strasburq Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi keçirilib

Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi keçirilib. Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, UFAZ-ın icraçı direktor əvəzi Lətifə Nəsibova və baş katib Elizaveta Bydanova və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan UFAZ-ın icraçı direktor […]

   AzTU tələbələrinin Ağsu və Qəbələyə ekskursiyası təşkil olunub – FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının təşkilatçılığı ilə Maşınqayırma və robototexnika fakültəsində qida mühəndisliyi ixtisası üzrə təhsil alan II kurs tələbələrinin (bakalavr) Ağsu rayonunda “AzGranata” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil olunub.   Tələbələr burada məhsulun qəbulu və emalı sexləri ilə tanış olub, şirələrin alınması və qablaşdırılması proseslərini izləyiblər. Tədqiqat laboratoriyasında qida məhsullarının tədqiqi üsulları […]

İraq Nümayəndələr Şurasının üzvləri ADU-nun qonağı olub

Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) İraq Respublikası Nümayəndələr Şurasının sədri və üzvləri ilə görüş keçirilib. Görüşdə İraq Respublikasının Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihi, şura üzvləri Nuruldin Hüssein Qublan, Luqman Əhməd Nəcm, Qərib Əsgər Naqi, İbrahim Vəzir Ənvər iştirak edib. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun […]

Türkiyəli mütəxəssislər AzMİU-da: Müəllim və tələbələr İstanbulda içməli suyun idarə olunması prosesini öyrəniblər

  Türkiyənin  su və tullantı su sektorunda aparıcı qurum olan İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) mütəxəssisləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) seminar keçiblər. Seminar  “Su və çirkab su tikintisi texnologiyaları”, “İstanbulda içməli suyun idarə olunması” mövzularını əhatə edib. AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri (ST və MKS) fakültəsinin aidiyyəti istiqamətlər üzrə dərs […]

ADU-da Almaniya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində (ADU) Almaniya Federativ Respublikasının Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Almaniya Parlamentinin təqaüd proqramı tələbələrin diqqət və marağına səbəb olub. Artıq ADU məzunları  neçə ildi bu proqrama qoşulub və təhsillərini Almaniyada davam etdirirlər. ADU […]

AzMİU tələbələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan tikinti-quruculuq işləri ilə tanış olublar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Mektebgushesi.az xəbər verir ki, səfər Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti və ali məktəb arasında imzalanmış memorandumda nəzərdə tutulan fəaliyyətlər çərçivəsində təşkil edilib. Səfərin əsas məqsədi universitetin Memarlıq və İnşaat fakültələrində təhsil alan tələbələri işğaldan […]

AzTU- da seminar keçirilib

  Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) seminar keçirilib. Mektebgushesi.az xəbər verir ki, seminardan əvvəl AzTU rəhbərliyi və Milli Hidrometeorologiya Xidmətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə “Horizon Europe” proqramı çərçivəsində əməkdaşlıq, birgə layihələr, təlim xidmətləri və s. məsələlər müzakirə olunub. Seminarı giriş sözü ilə açan elm və […]

Bakı Ali Neft Məktəbi İtaliyanın Genuya Universiteti ilə əməkdaşlıq edəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə İtaliyanın Genuya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi BANM-in rektoru Elmar Qasımov və İtaliyanın Genuya Universitetinin Mülki, Kimya və Ətraf mühit mühəndisliyi kafedrasının professoru Agostino Bruzzone imzalayıb. Memorandum müəllim, professor, tədqiqatçı, əməkdaş və tələbələrin mübadiləsi, bakalavriat, magistratura və doktorantura proqramlarının həyata keçirilməsi, birgə diplom və ya ikili dərəcə […]

BANM ilə Naxçıvan Dövlət Universiteti arasında memorandum imzalanıb

  SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında anlaşma memorandumu imzalanıb. Bu barədə BANM-dən məlumat verilib. Sənədi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev imzalayıblar. Memorandumda BANM tərəfindən Naxçıvan Dövlət Universitetində informasiya təhlükəsizliyi ixtisasının yaradılmasına dəstək, eyni zamanda, NDU əməkdaşları üçün İnformasiya təhlükəsizliyi sahəsində […]

“ADPU 2030 Strateji İnkişaf Planı”nın hazırlanması üçün işçi qruplar yaradılır  

Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. Rektor professor Cəfər Cəfərov giriş nitqində ötən dövr ərzində baş verən yeniliklərdən söz açaraq tədris ilinin başlanmasından keçən qısa zamanda Universitetdə beynəlxalq əlaqələrin inkişafı, ictimai-sosial tədbirlər və elmi-pedaqoji layihələrin icrası baxımından xeyli iş görüldüyünü diqqətə çatdırıb. Prof. Cəfər Cəfərov çıxışının sonunda İbtidai təhsil fakültəsinin […]

“Məktəb Liderliyi Proqramı”nın II çağırışının açılış mərasimi keçirilib

Oktyabrın 28-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən, gələcəkdə dövlət ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrların səriştələrinin artırılmasını hədəfləyən “Məktəb Liderliyi Proqramı”nın II çağırışının açılış mərasimi keçirilib. Tədbirdə Pedaqoji Universitetin rəhbərliyi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin […]

“Baku City Residences” tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinə təqaüd ayrılacaq

“Baku City Residences”in icraçı direktoru Ramil Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, qonaqları qəbul edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitet haqqında ətraflı məlumat verib. Texniki profilli ali təhsil müəssisələrinin istehsalat müəssisələri ilə əlaqələrinin önəminə diqqət çəkən rektor Gülçöhrə Məmmədova “Baku City Residences”lə AzMİU […]

AzTU -da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında növbəti məlumatlandırma sessiyası keçirilib. Bu barədə universitetdən mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, tədbirdə elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov DAAD ilə AzTU arasında uzunmüddətli əməkdaşlıqdan, Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenbergin (BTU Cottbus-Senftenberg) ilə imzalanan ikili diplom proqramından və yeni yaradılan Alman mühəndislik […]

ADU-da “Çin və Azərbaycanın müqəddəs dağları” seminarı

Azərbaycan Dillər Universitetində “Çin və Azərbaycanın müqəddəs dağları” adlı elmi-tələbə seminarı keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov buddizm və daosizmdə ehtiramla qəbul edilən Çinin müqəddəs dağlarının çinlilər üçün mədəni və ritual əhəmiyyətindən danışıb. Qədim beş müqəddəs dağ sistemi, qədim əfsanəyə görə, yer üzündə ilk insan olan […]

BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb

  Bakı Dövlət Universiteti (BDU) və  Türk Dünyası Jurnalistlər Federasiyası arasında  əməkdaşlıq protokolu imzalanıb. Protokolu BDU-nun rektoru Elçin Babayev və Türk Dünyası Jurnalistlər Federasiyasının prezidenti Menderes Dəmir imzalayıb. Protokolun məqsədi BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaqdır. Memoranduma əsasən, yüksəkixtisaslı jurnalist kadrların hazırlanması, media […]