Mektebgushesi

BDU-da Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransının açılışı olub  

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransının (NASCO XXVI) açılışı olub. Tədbirdən əvvəl konfans iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Açılış mərasimində əvvəlcə Dövlət […]

AzTU-da Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub

  Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunan “Yüzillik” adlı konsert keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, ADMİU-nun rektoru Ceyran Mahmudova, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, millət vəkilləri Anar İsgəndərov və Naqif Həmzəyev, hər iki universitetin müəllim və […]

BSU-da “Şuşa maarifi” sənədli filminin nümayişi olub

Noyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə ərsəyə gətirdiyi “Şuşa maarifi” sənədli filminin nümayişi olub. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev “Şuşa maarifi” sənədli filminin nümayişinin universitetdə keçirilməsindən məmnun olduğunu dilə gətirib. Rektor ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa olunmasını  həyata keçirən lideri olan bir xalq […]

ADNSU-da Ankara Universitetinin rektoru ilə görüş keçirilib  

Noyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları universitetdə salamladıqdan sonra dosent Vazeh Əskərov ADNSU-nun yaranma tarixi, tədris prosesi, ixtisaslar, universitetin beynəlxalq əlaqələri və ikili diplom proqramları, eləcə də ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti […]

BDU-da Zəfər Günü təntənəli şəkildə qeyd olunub

  Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, 2020-ci il sentyabrın 27-də mənfur erməni qəsbkarlarının növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatları […]

Bu universitet 27 şəhid verib – Rektor adlarını səsləndirdi

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Günü münasibətilə “Dəmir yumruq” adlı tədbir keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və  torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova  açılış nitqi ilə çıxış edərək bütün xalqımızı Zəfər bayramı münasibətilə […]

Polşa universitetlərinin nümayəndələri BDU-da  

Polşadan olan akademik nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Görüşdə Polşanın Perspektiv Təhsil Fondu, Mariya Skladovskaya Küri Universiteti, Yagellon Universiteti, Sileziya Texnologiya Universiteti, Krakov İqtisad Universiteti, Krakov Texnologiya Universiteti və Qdansk Universitetindən nümayəndələr iştirak ediblər. BDU rektoru Elçin Babayev nümayəndə heyətinə Universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib, Polşa ali məktəbləri […]

ADU-da 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib  

Noyabrın 6-da Azərbaycan  Dillər Universitetində 8 Noyabr – Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Öncə Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADU-nun rektoru, akademik Kamal Abdulla universitet kollektivini Azərbaycan xalqının tarixi qələbəsinin üçüncü ildönümü münasibətilə təbrik edib. Qeyd olunub ki, Vətən müharibəsi Azərbaycanın şanlı […]

ADNSU-da 8 Noyabr -Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

  Noyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr -Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Vətən Müharibəsində şəhid olmuş ADNSU məzunlarının xatirəsinə salınmış kompleksin önünə əklil qoyulması ilə başlanan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə […]

AzTU-da 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib

  Noyabrın 8-də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən 3 il ötür. Bu münasibətlə Azərbaycan Texniki Universitetində (AzTU) tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, şəhid ailələrinin üzvləri, qazilər, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və universitetinin nümayəndələri iştirak edib. Mektebgushesi.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz […]

“Qoşma TV” adlı yeni yutub kanalı yaradılıb  

Xalq yazıçısı Kamal Abdullanın ötən əsrin 80-ci illərində, Azərbaycan Dövlət Televiziyasında apardığı və geniş şöhrət qazanmış “Qoşma” verilişi “Yeni qoşma” adı ilə yenidən bərpa edilib. Sözügedən veriliş “Qoşma TV” adlı yeni yaradılmış yutub kanalında yayımlanacaq. Bu kanalda tanınmış ədəbiyyat və mədəniyyət xadimləri ilə, eləcə də müxtəlif sahələrdə öz işinin peşəkarı olan insanlarla maraqlı söhbətlər yayımlanacaq. […]

Mingəçevirdə Əmək Yarmarkası və MDU Birinci Məzun Forumu keçirilib

  2023-cü ilin noyabrın 3-də Mingəçevir Dövlət Universiteti (MDU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əmək yarmarkası və MDU Birinci Məzun Forumu keçirilib. Elm və Təhsil Nazirliyi, ƏƏSMN və Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil […]

Azərbaycan Dillər Universitetində ənənəvi Çin Təbabəti Həftəsi keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) “Ənənəvi Çin təbabəti üsullarından istifadə etməklə diaqnostika və müalicə həftəsi” keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, Çindən dəvət olunmuş, məşhur ənənəvi Çin təbabəti həkimi, Çjetszyan Ənənəvi Çin Tibb Universitetinin professoru, Çjetszyan Ənənəvi Çin Təbabəti Cəmiyyətinin üzvü Vanq Quanqing və Çjetszyan Çjetszyan Ənənəvi Çin Tibb Universitetinin klinikasının Onurğa Xəstəliklərinin Diaqnozu və Müalicəsi Mərkəzinin […]

Səfir Cahit Bağçı: “Hesab edirəm ki, AzMİU Azərbaycanın İstanbul Texnik Universitetidir”

  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və səfir Cahit Bağçı arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Rektor çıxış edərək Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq, dostluq əlaqələrinə diqqət çəkib və bu əlaqələrin Şuşa Bəyannaməsi ilə strateji müttəfiqliyə […]

UFAZ-da Strasburq Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi keçirilib

Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi keçirilib. Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, UFAZ-ın icraçı direktor əvəzi Lətifə Nəsibova və baş katib Elizaveta Bydanova və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan UFAZ-ın icraçı direktor […]