Mektebgushesi

Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib

  2023-cü il sentyabrın 15-də Mingəçevir Dövlət Universitetində (MDU) “Bilik günü” tədbiri keçirilib. Universitetin həyətində təşkil olunan təntənəli tədbirdə şəhid ailəsi üzvləri, MDU-nun akademik və inzibati heyəti, tələbələr, magistrantlar və onların valideynləri ilə yanaşı, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər qonaqlar iştirak ediblər. Əvvəlcə, ümummilli lider Heydər […]

UNEC ilə “Ekvita Consulting” arasında əməkdaşlıq memorandumu imzalanıb

  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ekvita Consulting”in maliyyə dəstəyi ilə müasir standartlara uyğun təmir edilmiş auditoriyanın açılışı olub. Bu barədə  UNEC-dən məlumat verilib. Təhsilə verdiyi önəm və UNEC-ə göstərdiyi diqqət üçün “Ekvita Consulting” şirkətinin rəhbəri İlqar Mehtiyə təşəkkürünü bildirən rektor Ədalət Muradov göstərilən təşəbbüsün mənəvi dəyər daşıdığını vurğulayıb. Ədalət Muradov bu təşəbbüsün tələbələrin daha […]

ADNSU-da “Bilik günü” qeyd olunub – FOTO

Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023/2024-cü tədris ilinin başlanması və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə rektor əvəzi, dosent Vazeh Əskərov, prorektorlar, universitetin professor və müəllim heyəti Ulu öndər Heydər Əliyevin büstü önünə, həmçinin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək qəhrəmanlıq zirvəsinə ucalan ADNSU-nun 23 məzun şəhidinin xatirəsinə yaradılmış […]

UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib

Sentyabrın 15-də UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü təşkil olunub. UNEC-in bütün tədris binalarında təşkil olunan Oriyentasiya Günündə prorektorlar birinci kursları tələbə adını qazanmaları münasibətilə təbrik edərək, təhsillərində uğurlar arzulayıblar. Tələbələrə UNEC-in onlar üçün yaratdığı təhsil imkanlarından maksimum dərəcədə faydalanmağı tövsiyə edən prorektorlar, onları əzmli, təşəbbüskar və universitetin ictimai-sosial həyatında fəal olmağa çağırıblar. […]

Azərbaycan İlahiyyat İnstitutu Bilik Günü münasibətilə tədbir keçirib

  Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov I kurs tələbələri ilə görüşüb. Öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Aİİ rəhbəri Aqil Şirinov I kurs tələbələrini yeni tədris ilinin başlanması münasibətilə təbrik […]

BMU-da yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib

Bakı Mühəndislik Universitetində 2023-2024-cü tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Yaqub Piriyev tələbə adını qazanan şəxslərə ən səmimi təbriklərini çatdırıb, onların bu ali təhsil ocağını seçməkdə yanılmadıqlarını, burada yüksək ixtisaslı kadr kimi formalaşacaqlarını qeyd edib. BMU-nun ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, fundamental […]

Gələcəyin memar və mühəndislərinin ilk dərs günü – AzMİU-da Bilik Günü qeyd olunub

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2023/2024-cü tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş  tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı, müstəqilliyi uğrunda canından keçən vətən övladlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək hər kəsi salamlayıb, AzMİU professor-müəllim […]

Bilik Günü: Pedaqoji Universitet tələbələrini qarşıladı – FOTO

Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni tədris ilinin başlanması və “15 sentyabr – Bilik Günü” münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunmasından sonra ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetə yeni qəbul olunan tələbələr qarşısında çıxış edib. Rektor Cəfər Cəfərov şərəfli müəllimlik peşəsini seçərək ADPU-nun tələbəsi adını qazanan gəncləri təbrik edərək, onlara təhsil […]

Pedaqoji Universitet tədris ilinə yeniliklərlə başlayır  

Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan və ingilis bölmələri üzrə qəbul planı 100 faiz dolub. Yalnız rus bölməsində bir neçə boş yer qalıb. Ümumilikdə isə ADPU-nun 2570 nəfərlik qəbul planı 96,42 faiz dolub. Beləliklə, ADPU-nun hər il qəbul […]

LDU-da  15 sentyabr Bilik Günü təntənəsi – FOTO

  Lənkəran Dövlət Universitetində (LDU) 15 sentyabr Bilik Günü  tədbirini LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilk Günü münasibəti ilə təbrik edib. Universitet rəsmisi I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin […]

UNEC-də ilk: “Liderlik” mini-MBA sertifikat proqramına start verildi

UNEC növbəti ilkə imza atıb. UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında hazırlanan “Liderlik” Mini-MBA sertifikat proqramına start verildi. Proqramın təqdimatında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, UNEC rektoru professor Ədalət Muradov, universitetin və nazirliyin əməkdaşları iştirak ediblər. Rektor prof. Ədalət Muradov mini-MBA proqramının UNEC tarixində yeni layihə olduğunu […]

BDU-da 86 ixtisas, 264 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir

  Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ili başlayıb. BDU-da ilk dərslər Azərbaycan xalqının Ümummilli Lideri, Universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevə həsr olunub. 2023/2024-cü tədris ilində BDU-da 86 ixtisas, 264 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Hazırda BDU-da bakalavriat səviyyəsi üzrə  21610 tələbə təhsil alır. Onlardan 7281-i kişi, 14329-u qadındır. Tələbələrdən 12100-ü humanitar, 9510-u […]

ADNSU-da birinci kursa qəbul olan tələbələrlə tanışlıq görüşü başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavr pilləsi üzrə birinci kursa qəbul olan tələbələrlə universitetin rəhbərliyinin görüşü fakültə və ixtisaslara uyğun olaraq sentyabrın 11-dən 14-ə qədər davam edib. Görüşlərdə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edərək universitetdə onların yüksək ixtisaslı kadr kimi formalaşması üçün yaradılan tədris […]

UFAZ-da birinci kurs tələbələri ilə “Tanışlıq Günü” keçirilib

Sentyabrın 13-də ADNSU nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə bu il qəbul olmuş tələbələrlə “Tanışlıq Günü” keçirilib. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tələbələri UFAZ-a qəbul olmaları münasibəti təbrik edib və onlara uğurlar arzulayıb. O, tələbələri fəal olmağa, müxtəlif layihələrdə və tələbə klublarında iştirak etməyə, universitetin yaratdığı fürsətlərdən maksimum yararlanmağa dəvət edib. Vazeh Əksərov tələbələri həm də […]

ADNSU -nun 18 ixtisası beynəlxalq akkreditasiyadan keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Universitet üzrə 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Bu barədə  ADNSU-dan məlumat verilib. Universitetdə süni intellekt, mobil tətbiqlər kimi ən yeni ixtisaslaşmalar üzrə magistratura səviyyəsində təhsil verməyə başlanılıb. Yeni tədris ilindən universitetdə layihə menecmenti və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) […]