Mektebgushesi

Yeni tədris ilinin başlanması münasibətilə MDU kollektivi ilə görüş keçirilib

  2023-cü ilin sentyabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin başlaması münasibətilə akademik və inzibati heyət üzvləri ilə görüş keçirilib. Yeni tədris ilinin başlaması münasibətilə əməkdaşları təbrik edən MDU-nun rektoru Şahin Bayramov son dövrdə universitetin müasirləşməsi istiqamətində atılan önəmli addımlardan bəhs edib. MDU-nun missiyası, vizyonu və strateji hədəflərini qeyd edən rektor yeni dövrün […]

MDU tələbəsi adını qazanan şəhid övladı ilə görüş keçirilib

  Şəhid Razi Hüseynovun övladı Vəfa Hüseynova subbakalavr kimi 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsindən müvəffəqiyyətlə keçərək  Mingəçevir Dölvət Universitetinin (MDU) tələbəsi adını qazanıb. O, MDU-nun “Dövlət və bələdiyyə idarə edilməsi” ixtisasında təhsilini davam etdirəcək. Bu münasibətlə, 2023-cü il sentyabrın 11-də MDU-nun rektoru Şahin Bayramov V.Hüseynova ilə görüşüb. Görüşdə şəhid atası […]

Amerikalı alim ADNSU-da mühazirələr oxuyacaq

“English Language Fellow Program” layihəsi əsasında ingilis dilinin tədrisi ilə bağlı proqram çərçivəsində amerikalı alim Tiffani Tillman 2023-2024-cü tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mühazirə oxuyacaq. Proqramın prioritet istiqamətləri Tiffani Tillmanın ADNSU-nun tədqiqatçıları, doktorantlar və ikinci kurs magistr tələbələri və digər professor-müəllim heyəti ilə akademik məqsədlər üçün ingilis dilinin tədqiqat sahəsində işləməsidir. Həmçinin, […]

AzTU yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına başlayır

AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib. İclasda son 4 il ərzində AzTU-da CAD/CAM/CAE proqram təminatı əsaslı mühəndis hazırlığı üzrə görülən işlər dəyərləndirilib. Qeyd olunub ki, AzTU-nun 2022-ci ildə CDIO universitetlər ailəsinə qoşulması mühəndis hazırlığında əsas mərhələ olub. Mühəndis hazırlığı proqramı layihələndirmə, simulyasiya, prototipləndirmə və istehsal zənciri həlqələrini əhatə edir. Odur ki, proqram bu sahədə zəngin […]

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə səfər edib

Səfər zamanı qonaqlar ADAU-nun İqtisadiyyat fakültəsində “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” layihəsi üzrə tədqiqat nəticələrinin təqdimatını keçirib.İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli araşdırmanın metodologiyası və nəticələri haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, tədqiqatın məqsədi ölkənin inzibati və iqtisadi rayonlarının maliyyə özünəyetərliyi səviyyəsini qiymətləndirmək və bu əsasda reytinqini tərtib etməkdir. Bunun üçün müəlliflərin təklif etdiyi […]

ADPU-da Bakının işğaldan azad edilməsi və Azərbaycan-Türkiyə qardaşlığına dair elmi seminar keçirilib    

Sentyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrası və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir” adlı elmi seminar keçirilib. Seminarı açan universitetin rektoru professor Cəfər Cəfərov 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad olunmasının Azərbaycan tarixində önəmli […]

AzMİU-nun müəllim və tələbələri Almaniyada Pilot tədris həftəsində iştirak ediblər

  AzMİU-nun nümayəndələri Almaniyanın Dortmund Tədbiqi Elmlər Universitetinin təşkilatçılığı ilə tələbələr üçün təşkil edilən Pilot tədris həftəsində iştirak ediblər. “WORK4CE” layihəsi çərçivəsində 4-8 sentyabr tarixlərində həyata keçirilən Pilot tədris həftəsinə AzMİU-nun İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi İsa Muradov, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Famil Hümbətov, […]

BDU professorları Ege Universitetində 

  Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova, İCESCO-nun Biotibbi materiallar kafedrasının müdiri, professor Ülviyyə Həsənova Türkiyənin Ege Universitetinin “EGEHAYMER” Araşdırma Mərkəzində təşkil olunmuş “Davamlı ətraf mühitin monitorinqi üçün bioloji test modelləri” adlı təlimdə iştirak ediblər. Təlimdə ətraf mühitin monitorinqi üçün müxtəlif bioloji obyektlərin istifadəsi ilə bağlı türkiyəli professorların məruzələri dinlənilib. Türkiyəli […]

ADNSU-da yeni tədris ilinə hazırlıq müzakirə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov yeni tədris ilinə hazırlığın gedişatı ilə bağlı universitetin professor-müəllim heyəti ilə görüşüb. ADNSU-nun prorektorları, dekanlar, kafedra müdirləri, həmçinin departament və şöbələrin rəhbərlərinin iştirak etdiyi görüşdə dosent Vazeh Əskərov yeni tədris ilinin başlanması münasibətilə kollektivi təbrik edərək cari tədris ilində görüləcək işlər və hədəflərlə […]

ADNSU -da doktorantura pilləsi üzrə ixtisas fənni imtahanları keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) doktorantura pilləsi üzrə ixtisas fənni imtahanları keçirilib. Mektebgushesi.az  xəbər verir ki, 140 nəfər ingilis dili imtahanından, 120 nəfər “Fəlsəfə” fənni üzrə qəbul imtahanından müvəffəqiyyət qazanıb. Qeyd edək ki, doktorantura pilləsində ixtisaslar üzrə imtahanlar davam edir.

AzMİU müəllimləri “Viveka Mentorship” proqramında iştirak hüququ qazanıblar

  AzMİU-nun əməkdaşları İRİA-nın təşəbbüsü və “PASHA Holding” LLC-nin sponsorluğu ilə həyata keçirilən “Viveka Mentorship” proqramında iştirak etmək hüququ qazanıblar. “Viveka Mentorship” proqramı çərçivəsində 20-dən çox mentor namizədi ilə ilk oflayn sessiyaları 5-6 sentyabr tarixlərində Azərbaycan-Fransız Universitetində keçirilib. Mentorluq proqramına Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və […]

Ankara Universitetinin professorları AzTU-da olub

  Türkiyənin Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Daşınmaz Əmlakın İnkişafı və İdarəedilməsi bölümünün müdiri professor Harun Tanrivermiş və fakültənin professoru Mustafa Tombul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Mektebgushesi.az xəbər verir ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüş zamanı Ankara Universitetinin Tətbiqi elmlər və AzTU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin bakalavr və magistr hazırlığı […]

ADNSU-da birinci kurs tələbələri ilə görüşlər keçirilir

Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat və Qaz-neft-mədən fakültəsinin bakalavr pilləsinə qəbul olmuş birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə əvvəlcə tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələr, həmçinin universitetin maddi-texniki bazası haqqında qısa video-çarx nümayiş olunub. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov birinci kursları ADNSU tələbəsi adını qazanmaları münasibətilə təbrik edib. […]

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün ixtisas fənnindən qəbul imtahanları keçirilir. İmtahanlarda BDU-nun doktoranturasına qəbul olmaq üçün müraciət etmiş və 5-6 sentyabr tarixlərində “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarından müvəffəqiyyətlə keçmiş 123 iddiaçı iştirak edir. Sentyabrın 11-də 31 ixtisas üzrə 70 iddiaçı imtahan verib. Sentyabrın 12-də isə 24 ixtisas […]

UFAZ-da yeni tədris ilinə start verilib.

Sentyabrın 11-də ADNSU nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində 2023-2024-cü tədris ilinə start verilib. Bu gündən etibarən 2, 3, 4-cü kurs bakalavr və magistratura tələbələrinin dərsləri başlayıb. UFAZ-a bu il qəbul olan tələbələrin tədris ili isə sentyabrın 18-də start götürəcək. Yeni tədris ilində UFAZ-da bakalavr pilləsi üzrə ümumilikdə 591 nəfər (o cümlədən 217 qız), magistratura pilləsində […]