Mektebgushesi

BMU-da daha bir yeni ixtisas – Materiallar mühəndisliyi

2023/2024-cü tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində (BMU) bakalavr pilləsində Materiallar mühəndisliyi ixtisası üzrə kadr hazırlığı aparılacaq. Materialşünaslıq materialların tərkibi, xassələri və strukturu arasındakı əlaqəni, eyni zamanda müasir, yeni tip materialların yaradılması və istehsal üsullarını öyrənir. Bu sahə müasir inşaat, memarlıq və dizaynın, inşaat materialları sənayesinin, metallurgiyanın və s. formalaşmasında, onların material təminatının elmi əsaslarının […]

UNEC rektoru valideynlərlə “Açıq qapı”da görüşəcək

UNEC-in rektoru professor Ədalət Muradov abituriyentlərin valideynləri ilə görüşmək üçün “Açıq qapı” keçirəcək. Bu barədə rektor rəsmi Facebook səhifəsində valideynlərə müraciət ünvanlayıb. “Əziz valideynlər, Övladınızın tələbə adını qazanması üçün onlarla birlikdə uzun yol qət edərək, böyük əmək sərf etdiniz. Onlara gələcək karyerasının başlanğıc nöqtəsi olacaq və yeni-yeni uğurlar qazandıracaq universitet seçimində yardım etmək məqsədilə sizi “Açıq qapı”da […]

ADNSU: EBSCO beynəlxalq bazasının resurslarından oxucu istifadəsi təmin olunur

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evinin Azərbaycan Kitabxanalararası Konsorsiumun xətti ilə abunə olduğu EBSCO beynəlxalq nəşriyyat bazasının resurslarından 2023-cü il üçün 11 min 577 nəfər oxucu istifadəsi təmin olunub. Bu barədə ADNSU-dan məlumat verilib. Bildirilib ki, bu il 2 ay müddətinə EBSCO beynəlxalq nəşriyyat bazasının xətti ilə Oksford Universitetinin və […]

UNEC Biznes Məktəbinin MBA proqramı 29 ixtisas üzrə qəbul elan edir

  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin MBA proqramı əmək bazarında ən çox tələb olunan 29 ixtisas üzrə qəbul elan edir. Proqram üzrə təhsil 2 ildir. UNEC-dən  bildirilib ki, Biznes Məktəbində təhsil alan magistrantlar ABŞ-ın Linkoln Universiteti, İsveçrənin UBIS, Fransanın Monpelye və Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə ikili diplom proqramında, eləcə də mübadilə proqramlarında […]

AzTU -da ECAR layihəsi çərçivəsində təlimlər keçirilib

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində komitə rəhbərlərinin Belçikanın Brüssel şəhərinə növbəti səfəri təşkil olunub. Mektebgushesi.az xəbər verir ki, səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov təmsil edib. 5 günlük səfər çərçivəsində komitə rəhbərləri üçün Avropa tərəfdaşı “EFMD Global” təşkilatı tərəfindən təlim-seminarlar keçirilib. Təlim-seminarlarda “EFMD Global” təşkilatının nümayəndələri beynəlxalq layihələrdəki […]

Bakı Ali Neft Məktəbində növbəti Məzun Günü keçirilib

Bu, Ali Məktəbin bakalavriat səviyyəsi üzrə 7-ci, magistratura səviyyəsi üzrə 5-ci məzun buraxılışıdır. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra SOCAR tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanan videoçarx nümayiş etdirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində […]

ADPU-da “İnklüziv təhsilin aktual problemləri” mövzusunda konfrans keçirilib

  İyulun 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “İnklüziv təhsilin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.   Konfransı giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov konfrans iştirakçılarını salamlayaraq konfransın əhəmiyyətindən söz açıb. Prorektor bildirib ki, müasir dövrün təhsil fəlsəfəsi yeni paradiqma və […]

ADNSU-da köhnə məzunlarla görüş keçirilib – FOTO

  İyulun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ötən illərin məzunları ilə görüş keçirilib. Universitetdə ənənəvi olaraq hər il keçirilən görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, dövlət və ictimaiyyət nümayəndələri, ADNSU-nun keçmiş məzunları, universitetin şəhid tələbə və məzunlarının ailə üzvləri və media nümayəndələri iştirak ediblər. ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq […]

UNEC-də “Product Management” üzrə sertifikatlı təlimlər keçiriləcək

UNEC Ömürboyu Təhsil Mərkəzi və ATL Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, UNEC və ATL Akademiyası “Məhsulun idarəolunması” (Product Management) sahəsi üzrə mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində ilk olaraq, “Product Management School” layihəsi həyata keçiriləcək. Layihəyə əsasən, bu sahədə karyera qurmaq istəyən şəxslər üçün əmək bazarının tələbləri əsasında formalaşdırılmış tədris proqramı və təcrübəli […]

MDU-nun daha dörd əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib

  Mingəçevir Dövlət Universitetinin (MDU) 4 əməkdaşına – Ayna Babazadə, Səadət Ağakişiyeva, Könül Cabbarova və Xəyalə Abdullayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) müvafiq qərarına əsasən fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu münasibətlə, 2023-cü il iyulun 6-da MDU-nun rektoru Şahin Bayramov fəlsəfə doktoru diplomunu almış əməkdaşlarla görüşüb. Son dövrdə alimlərinin sayının sürətlə artması […]

BDU və İsrail Yerusəlim İbrani Universitetinin ikili diplom proqramına qəbulla əlaqədar infosessiya 

  Bakı Dövlət Universiteti (BDU) və İsrail Yerusəlim İbrani Universitetinin (HUJI) ikili diplom proqramına qəbulla əlaqədar infosessiya keçirilib.   Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, iki universitet arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi bu ilin may ayında imzalanıb. BDU və HUJI arasında imzalanmış magistratura səviyyəsində ”Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul […]

Gömrük Akademiyasının tələbələrinin “Məzun günü” keçirilib

  Dövlət Gömrük Komitəsinin Akademiyası 2022/2023-cü tədris ili üzrə “Məzun günü” keçirib. Tədbir ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, müstəqil Azərbaycanın memarı, […]

ADNSU-nun Vorvik Universiteti ilə birlikdə start verdiyi ikili diplom proqramı Azərbaycan təhsil sistemi üçün yeni imkanlar açacaq

  Son illər ölkəmizdə ən çox diqqət mərkəzində olan əsas istiqamətlərdən biri təhsilin inkişafı, müasir dövrün tələblərinə uyğun yeni yanaşmaların təhsil və tədris prosesinə tətbiq edilməsi, eyni zamanda elmi tədqiqat sahələrinin genişləndirilməsidir. Xüsusilə ali təhsilin dünyəvi təhsilə inteqrasıya olunması, bu təhsil pilləsində beynəlxalq təcrübənin geniş tətbiqi, bu istiqamətdə qəbul olunan Sərəncam və Fərmanlar ölkə təhsilinin […]

Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunacaq – SƏRƏNCAM

  Prezident İlham Əliyev iyulun 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Mektebgushesi.az  xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək Elm və Təhsil Nazirliyinə tapşırılıb. Sərəncamda deyilir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının […]

Polşanın Gdansk Texnologiya Universitetinin professoru BDU-da elmi seminar keçirib 

  Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Polşa Respublikasının Gdansk Texnologiya Universitetinin Biologiya fakültəsinin Genetika və biosistematika kafedrasının professoru Barbara Vojtasik tərəfindən “Zooekoloji tədqiqatlarda yeni metodun  tətbiqi”  mövzusunda elmi seminar keçirilib.   BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Bioekologiya kafedrasının müdiri Nərminə Sadıqova, […]