Mektebgushesi

Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunacaq – SƏRƏNCAM

  Prezident İlham Əliyev iyulun 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Mektebgushesi.az  xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək Elm və Təhsil Nazirliyinə tapşırılıb. Sərəncamda deyilir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının […]

Polşanın Gdansk Texnologiya Universitetinin professoru BDU-da elmi seminar keçirib 

  Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Polşa Respublikasının Gdansk Texnologiya Universitetinin Biologiya fakültəsinin Genetika və biosistematika kafedrasının professoru Barbara Vojtasik tərəfindən “Zooekoloji tədqiqatlarda yeni metodun  tətbiqi”  mövzusunda elmi seminar keçirilib.   BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Bioekologiya kafedrasının müdiri Nərminə Sadıqova, […]

AzTU tələbələrinin layihəsi birinci yerə layiq görülüb

  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial  İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “100 illiyin gələcəyi” adlı tədbir keçirilib. “BP Azərbaycan” şirkətinin sponsorluğu və “Azərikard” MMC-nin təşkilati dəstəyi ilə keçirilən tədbir ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə universitetdən […]

BMU-nun rektoru Havar Məmmədov “Gələcək üçün bacarıqlar” layihəsində uğur qazanan tələbələrlə görüşüb

  Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət “Vooshii” komandası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə keçirilmiş “Gələcək üçün bacarıqlar” layihəsində III yerə layiq görülüb. Universitetin rektoru, professor Havar Məmmədov sözügedən layihədə uğurla çıxış edən müəllim və tələbələrlə görüşüb. Məlumat üçün bildirək ki, ötən gün layihə […]

Bu il BDU-nun SABAH qruplarını 268 məzun bitirir

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında 2022-2023-cü dərs ilində 9 ixtisas (Psixologiya, Hüquqşünaslıq, Kompüter elmləri, Coğrafiya müəllimliyi, Fizika müəllimliyi, Biologiya müəllimliyi, Tarix müəllimliyi, Riyaziyyat müəllimliyi, Kimya müəllimliyi), 32 qrup üzrə  822 tələbə təhsil alıb. Azərbaycanın 10 ali təhsil müəssisəsindəki SABAH qrupları arasında ən çox ixtisas və tələbə sayı məhz BDU-dadır. Bu tədris ilində BDU-nun SABAH […]

Bakı Mühəndislik Universitetində yaz semestrinin imtahan sessiyası başa çatıb

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb. İyunun 1-dən başlayan və iyulun 5-dək davam edən sessiya ərzində ümumilikdə 1029 imtahan keçirilib.   Sessiya müddətində imtahanların qüvvədə olan normativ sənədlər əsasında təşkili məqsədilə lazımi inzibati və texniki fəaliyyət ən yüksək səviyyədə icra edilib, şəffaflığın təmin olunması […]

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) AzMİU ilə əməkdaşlıqda maraqlıdı

  Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin qonağı olublar. Qonaqlar Soohyun Rhee, Sang Yoon Shin, Min Lyou öncə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə ilə […]

LDU-da “Məzun günü” keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü”ndə Ulu öndər H.Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, universitetin rektoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq LDU-nu bitirən bütün məzunları təbrik edib, gələcək həyat yollarında uğurlar arzulayıb. Prof.Natiq […]

BDU-nun elmi işçisi Portuqaliyanın NOVA Universitetində araşdırmalar aparıb 

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Sevinc Nuriyeva Avropa Birliyi tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology (COST)) proqramının “Fotovoltaika üçün yeni qeyri-üzvi halkogenidlərin tədqiqi və beynəlxalq əməkdaşlıq” (CA21148) adlı layihəsi üzrə Qısamüddətli Elmi Missiya (Short-term Scientific Mission […]

ADU-da məzun günü: SADƏCƏ FAKTLAR

  İyulun 4-də Azərbaycan Dillər Universitetində 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirildi. “Məzun günü”ndə millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları, səfirlər və diplomatlar iştirak edirdilər. Tələbələrin üzlərində təbəssüm, qəlblərində sevinc, gözlərində isə ümid var idi. Bu ümid gələcəyə olan inamın ifadəsi idi […]

BDU-nun ictimai həyatında fəal iştirak edən gənclər təltif olunublar 

  Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetin ictimai həyatında fəal iştirak edən gənclər təşkilatlarının üzvləri ilə görüşüb.   Əliş Ağamirzəyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O qeyd edib ki, ali məktəbin […]

ADNSU-da bərpaolunan enerji mənbələri ixtisası üzrə ikili diplom proqramının təqdimatı olub

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Böyük Britaniyanın Vorvik Universiteti ilə birgə bərpaolunan enerji mənbələri ixtisası üzrə ikili diplom proqramının təqdimatı keçirilib. Bu barədə Mektebgushesi.az -a universitetdən məlumat verilib. Tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı QS dünya universitetləri reytinq cədvəlində 64/67-ci yerdə olan Vorvik Universiteti ilə birgə reallaşdırılan ikili diplom proqramının […]

BMU-da bakalavr pilləsində yeni ixtisas – Beynəlxalq ticarət və logistika

Bakı Mühəndislik Universitetində (BMU) bakalavr pilləsində növbəti tədris ilindən etibarən kadr hazırlığı aparılacaq yeni ixtisaslar sırasında   Beynəlxalq ticarət və logistika da yer alıb. Universitetin qəbul planına daxil edilən ixtisasın İqtisadiyyat və idarəetmə fakültəsində tədris olunması nəzərdə tutulur. Mektebgushesi.az xəbər verir ki, bu ixtisasın tədrisində əsas məqsəd ölkəmizin beynəlxalq ticarət və logistika sektorunda insan resurslarına ehtiyacı […]

AzMİU debatçıları tükənən təbii ehtiyatların müdafiəsi uğrunda mübarizə apardılar – Finalda “Beşikdən Məzara” komandası qalib oldu

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Qızıl Dövr” adlanan debat turnirinin final mərhələsi və bağlanış mərasimi keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, turnirdə “Dövlətlər tükənən təbii ehtiyatların istifadəsini məhdudlaşdırmalıdır” mövzusunda debat aparılıb. Mövzu üzrə “Nə Də Olsa Xətrin Var” və “Geridə Qalanlar” adlı iki komanda qarşılaşıb. Gərgin mübarizənin sonunda […]

ADU-da “Məzun günü” keçirilib – FOTO

İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib. Tədbirdə  millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları, səfirlər və diplomatlar iştirak ediblər. “Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Gaudeamus” tələbə himni səslənib. ADU-nun rektoru, […]