Mektebgushesi

BDU-da Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız ilə görüş 

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyə Respublikasının Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızla görüşüb. Rektor Elçin Babayev BDU ilə qardaş Türkiyənin ali məktəbləri arasında elm-təhsil əlaqələrinin son illər daha da intensivləşməsinin sevindirici olduğunu qeyd edib. O bildirib ki, Sivas Cümhuriyyət Universiteti ilə də anlaşma memorandumu və “Erasmus+ KA 171” proqramı çərçivəsində uğurlu əməkdaşlıq […]

Keçən il ADNSU alimlərinin elmi məqalələrinə 1931 istinad olub

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor və müəllimlərinin son üç ildə beynəlxalq bazalarda dərc olunan məqalələrinin sayı artıb. Eyni zamanda, ADNSU alimlərinin elmi məqalələrinə istinad sayı 2020-ci ildə 1033 olubsa, 2023-cü ildə bu göstərici 1931-ə yüksəlib. Bu barədə Mektebgushesi.az-a ADNSU-dan məlumat verilib. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, hər bir […]

ADNSU, TWI və UFAZ arasında Anlaşma Memorandumu imzalanıb – FOTO

Onlayn və oflayn formatda keçirilən görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov, Azərbaycan Fransız Universitetinin (UFAZ) İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, “TWI” şirkətinin Qrup direktoru Tat-Hin Qan və şirkətin nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə edilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, iki müəssisə arasında əməkdaşlıq əlaqələrinin mühəndislik […]

BDU son 4 ildə “Scopus”da indekslənən elmi məqalələrin sayına görə Cənubi Qafqaz regionunda da lider mövqedədir 

  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi 2020-2023-cü illər ərzində “Scopus”da indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən Elm və Təhsil Nazirliyinə (ETN) tabe ilk 5 universitetin göstəricilərini təqdim edib. Qrafikdən də göründüyü kimi, Bakı Dövlət Universiteti (BDU) son 4 ildə 2627 məqalə sayı ilə ən yüksək ümumi nəticə göstərib. Universitet qeyd olunan […]

AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib. Mektebgushesi.az xəbər verir ki, imtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) […]

BDU “Web of Science” və “Scopus”da çap olunmuş elmi əsərlərin sayı və onlara edilən istinadlara görə ölkə lideridir 

Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Beynəlxalq münasibətlərdə təkcə siyasi-iqtisadi deyil, eyni zamanda elmi-innovativ xarakterli göstəricilər müstəsna rola malikdir. Elmin inkişaf səviyyəsi ölkəmizin sosial-iqtisadi qüdrətinin, milli təhlükəsizliyinin, bütün sferalarda mədəni tərəqqinin, təhsildə yüksək keyfiyyətin təminatı baxımından əhəmiyyətlidir. Azərbaycanda elmin inkişaf istiqamətləri müəyyənləşdirilərkən maddi-mənəvi dəyərlərin qorunması ilə yanaşı, beynəlxalq arenaya sürətli inteqrasiyası da xüsusi […]

Qazi Universitetinin professoru AzTU-da seminar keçib – FOTO

Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin professoru Ferhat Gül Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, səfər çərçivəsində o, Metallurgiya və materialşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələrinə “Tökmə istehsalında in­no­vativ texnologiyalar” mövzusunda seminar keçirib. Seminarda yüksəkmöhkəm çuqunların müasir istehsal texnologiyaları haqqında ətraflı məlumat verilib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

ADNSU-da payız semestrinin imtahan sessiyası davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Yazılı, yazılı-şifahi şəkildə yanvarın 10-dək imtahanlarda ümumilikdə 19009 tələbə-imtahan keçirilib. Onlardan 3098 nəfər əla, 2214 nəfər çox yaxşı, 3110 nəfər yaxşı, 3249 nəfər kafi, 5257 nəfər qənaətbəxş, 118 nəfər qeyri-kafi qiymət alıb. 876 tələbə imtahanlarda iştirak etməyib, 87 nəfər […]

UNEC ilə MÜSİAD arasında əməkdaşlıq memorandumu imzalanıb

“Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi Azərbaycan”ın (MÜSİAD Azərbaycan) İdarə Heyətinin sədri Rəşad Cabirlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub. UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə universitet – sənaye iş birliyinin müasir formalarından, təhsildə iş dünyasının rolunun artırılmasından bəhs olunub. Rektor Ədalət Muradov məzunların işlə təmin olunmasının universitetlərin […]

UNEC-də imtahanlarla bağlı “Açıq qapı” günü keçiriləcək

  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-ci tədris ilinin qış imtahan sessiyası davam edir. UNEC-dən  bildirilib ki, sessiya çərçivəsində yanvarın 13-də “Açıq qapı” günü keçiriləcək. İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçirilən “Açıq qapı”da imtahanla bağlı müraciətlər qəbul olunacaq. “Açıq qapı” günü imtahan sessiyası dövründə hər şənbə günü keçiriləcək. “Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və […]

İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyib – FOTO

Lənkəran Dövlət Universitetində (LDU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini canlı izləyiblər. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, İctimai şuranın sədri Güloğlan Bağırov, şura üzvü Tofiq Heydərov universitetin bütün tədris korpuslarında […]

Payız semestrində 3 minə yaxın tələbə sosial təhsil krediti alıb

  Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Təhsil Tələbə Krediti Fondundan  bildirilib ki, payız sessiyası ərzində 8242 nəfərə TTK verilib. Onların arasından 2806 nəfərin müraciəti sosial TTK, 5436 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

BSU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb

  Yanvarın 8-dən Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb. BSU-da hər iki tədris binası üzrə imtahanalar mərkəzləşdirilmiş qaydada əsas binada təşkil olunub. İmtahan keçirilən zalda imtahanın başlama və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib. İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya […]

MDU-da “Açıq qapı” günləri keçiriləcək

2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, imtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri həftədə bir dəfə hibrid formada təşkil olunacaq. Görüşlərdə MDU-nun […]