Mektebgushesi

Rüfət Əzizov:  “Tədqiqat sahəsində dövri monitorinq sisteminin qurulmasına ehtiyac vardır”

Müasir tədqiqat institutu modelinin yaradılması elmi-texniki inkişafın əsas komponentlərindən biridir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanı ölkədə elmin inkişaf zəncirinin qurulması üçün zəmin yaradır. Fərmandan irəli gələn struktur dəyişikliyi elmin inkişafı üçün dəyər zəncirinin formalaşdırılmasına şərait yaradır. Ümumiyyətlə, elmi inkişafın və ya elmi məhsulun […]

Ceyhun Məmmədov – Azərbaycan tarixində Aşuranın yeri  

  Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Ölkəmizdə milli-mənəvi dəyərlərə diqqət və qayğı hər zaman yüksək olub.  Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra  Azərbaycanda dini etiqad və vicdan azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsi, dini-mənəvi, əxlaqi-etik dəyərlərin ictimai münasibətlərin tərkib hissəsinə çevrilməsi […]

Gücümüz birliyimizdə və həmrəyliyimizdədir – Ceyhun Məmmədov

Cəbhədə baş verən son hadisələr bir daha göstərdi ki, Ermənistan sülhü deyil, təxribatlara davam etmək yolunu seçib. Prezident İlham Əliyev Ermənistana dəfələrlə xəbərdarlıq etmişdi ki, ən kiçik təxribatın qarşısı belə çox qətiyyətlə alınacaq. 44 günlük müharibədən əvvəlki dövrdə də Azərbaycan Ermənistana dəfələrlə eyni xəbərdarlıqları etmişdi. Ancaq Ermənistan nəticə çıxarmamışdı. Son baş verən hadisələr bir daha […]

Elman Eldaroğlu – Məhəmməd Əmin Rəsulzadənin rəssam nəvəsi…

Soyuqqanlı görünsə də içində bir vulkan qaynayır. Hər kəs onu duya bilməz, ancaq hissləri açıq kəslər bu sakit görünüşün arxasında gizlənən qeyri-adi enerjili şəxsiyyəti anlaya bilər. Güclü xarakterə malikdir, itaət etməyi xoşlamır. Romantik, duyğusal, mənalı adamdır. Qürurlu, məğrur və nəzakətlidir. Nüfuzedici nəzərləri var, sığal kimidir, baxışları oxşaya bilir. Dözümlüdür, müdhiş bir iradə gücünə sahibdir. Son […]

İlham Əhmədov: “Əcnəbi dildə tədris  uşaqların  inkişafını ləngidir”

    Təhsil, xüsusən də orta təhsil ana dilində olmalıdır.  Ana dili  şəxsiyyətin, millətin və dövlətin  formalaşmasında, inkişafında xüsusi rola  malikdir.   Bunu bütün millətlər, xalqlar və dövlətlər çox yaxşı başa düşür, ona görə də milli  təhsillərini dövlət dilində  qurublar.   Heç Ermənistanda yaşayan erməni  təhsilini tükcə, gürcücə, farsca alarmı? Heç ruslar almanca, farslar  ərəbcə, ərəblər […]

Düşünən “Çinar” – 8-ci sinif şagirdi yazır

  Bakıda nadir olan sərin bir yay axşamında küçələrin boşalması ilə gözə çarpan bir gənc ağır-ağır, lakin  əmin addımlarla irəliləyirdi. O, başının altına yastıq qoyub onu düşünməkdən məhrum etməyəcək aid olduğu yeri axtarırdı. Onun axtardığı yer sadəcə və sadəcə hüzurun və yalnızlığın vəhdətinin hökm sürdüyü hər hansısa bir yer idi. Əmin addımlarla irəliləyirdi, çünki bilirdi […]

YÜK (Psixoloji hekayə)

Hər zaman çox çalışan biri olmuşdu. Ömrünü ailəsinə sərf edən yaxşı ata rolunu kifayət qədər oynamışdı. Artıq bu roldan sıxılmış, dincəlmək qərarına gəlmişdi. Nə qədər qaldığı bəlli olmayan ömrünü özünə sərf edəcəkdi. Ailəsinə xəbər vermədən ərizə verib işdən çıxmış, heç nə almadan evə yollanırdı.  Bu günə qədər heç vaxt evə əliboş getməzdi, sanki belə edərək […]

Şahlar Əsgərov: “Təhsil müharibələr tarixini yox, mədəniyyətlər tarixini tədris etməlidir”

Dünyanı silahsız cəmiyyətlər halına gətirmək üçün təhsilə baxış dəyişməlidir Dünyanın haradan gəldiyi haqqında fikir demək olar ki, bəllidir. Hegelə görə, “ümumdünya tarixi Şərqdən Qərbə doğru irəliləyir. Şübhəsiz Avropa ümumdünya tarixinin yekunu olduğu kimi, Asiya onun başlanğıcıdır”. Dünyanın keçmişi məlum! Bəs sabahı? Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə soruşur: Hara gedir bu dünya?         Çağdaş dövrdə həm maddi, həm də mənəvi […]

Qoşqar Məhərrəmov: AMEA ilə bağlı islahatların aparılması zəruridir

  Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında elmin çəkisi, elm və təhsilin inteqrasiyası məsələləri önəmli yer tutur. Ali təhsil müəssisələrinin maddi-texniki bazasının daha da gücləndirilməsi, gənclərin elmi axtarışlara yönləndirilməsi ölkənin gələcək sosial-iqtisadi inkişafını təmin edəcək mühüm amillərdir. Elm və təhsillə bağlı müvafiq infrastrukturun yenilənməsi isə qarşıya qoyulan məqsədlərə daha tez çatmağa və arzuolunan nəticələr əldə etməyə imkan […]

Ceyhun Bayramov: “Prezident İlham Əliyevin mövqeyi prinsipial və qətiyyətlidir”

Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən onlara bir çox mühüm tövsiyə və tapşırıqlar verdi, xüsusi yol xətirəsi cızdı. Qəbul zamanı bir daha vurğulandı ki, Hər bir dövlət məmuru vəzifənin yüksək etimad və məsuliyyət olduğunu unutmamalıdır. Hər […]

Əli, Nino və telefon

  Günəşin işığı ilə qatarlara mayak kimi yol göstərdiyi vağzalda son elan verildi: “Tiflisə gedən qatar saat səkkiz tamamda yola çıxacaq”. Əli qutudakı sonuncu siqareti çıxarıb yandırdı. Siqaret dərdli-dərdli tüstüləməyə başladı. Bir gün əvvəl Gəncədə Nino ilə keçirdiyi dəqiqələr lent kimi gözünün önündə o yan-bu yana gedirdi, sanki qatar artıq yola düşmüşdü, vaqonlar da ömür […]

Haqq yolçusu haqqın dərgahına yol aldı

Auditoriyanın kandarını yağır eləmişdim. Elə hey sağa-sola var-gəl edirdim. Ayaz müəllim narahatlığımı hiss etdi. Sakit halda mənə yaxınlaşdı. Məsələnin nə yerdə olduğunu biləndən sonra köməyin əsirgəmədi. Ayaz müəllimə təşəkkür etmək istəyirdim ki, elə bu zaman üzünü mənə tərəf çevirdi: – Məni tanıyırdın? – Ayaz müəllim, əlbəttə, tanıyırdım. Siz Qılman İlkinin oğlusunuz. Sözüm Ayaz müəllimin çox […]

İncə lirizm və mərhəmət mücəssiməsi Xurşidbanu Natəvan

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ xanlığının sonuncu varisi sayılan, zərif lirizmin yaradıcısı, xalqa məhəbbət ruhunu xeyriyyəçilik fəaliyyəti ilə uzlaşdıran, Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün əvəzolunmaz işlər görən Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin keçirilməsi ilə bağlı 14 mart 2022-ci ildə Sərəncam imzalamışdır. Xarakter dərketmə nöqteyi-nəzərindən bədənin və üzün quruluşu, dərinin […]

Şahlar Əsgərov – Sertifikatlaşmanın fəlsəfəsi

Hesab edirəm ki, hər bir nazirlik, o cümlədən də təhsil nazirliyi öz əməkdaşlarının peşəkarlığına şübhə ilə baxmamalıdır. Mektebgushesi.az xəbər verir ki, bu fikiri Professor Şahlar Əsgərov  sosial şəbəkədəki hesabında bildirib: El misalında deyildiyi kimi “su qaba doldu, oldu içməli”. Əksinə onları himayə etməli, inkişaflarina qayğı göstərməlidir. Müdafiə nazirliyi öz əsgər və zabitlərini arxasında möhkəm durmasaydı […]

Sokratın vəsiyyəti

Özünü təpənin üzərindən yeni göstərən Günəşin şüaları get-gedə daha geniş əraziləri işğal edirdi. Torpaq qızmağa başlamış, sanki cəhənnəmin qapıları aralanmışdı. Təpənin başında bu cəhənnəmə doğru irəliləyən iki qaraltı göründü. Onlardan birinin qoltuğunun altında nəyisə bərk-bərk tutduğunu uzaqdan baxanda da anlamaq olardı. Hətta dünənin sarsıntılı dəqiqələrini onlarla keçirən biri də bu gələnlərin məqsədlərini dərhal anlaya bilərdi. […]