Mektebgushesi

Kaxa Xandulişvili: Gürcüstan ilə Azərbaycan elm və təhsil sahəsində səmərəli əməkdaşlıq edir

Gürcüstan ilə Azərbaycan elm və təhsil sahəsində səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan hər il Gürcüstandakı azərbaycandilli məktəblər üçün Ana dili və ədəbiyyat dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsait göndərir. Azərbaycan bu gün də 2019-2020-ci tədris ili üçün Gürcüstana yeni dərsliklər göndərib. Biz bu dəstəyə görə Azərbaycan dövlətinə və Təhsil Nazirliyinə təşəkkür edirik. […]

AMEA əməkdaşlarının sosial rifahının yaxşılaşdırıması istiqamətində tədbirlər davam etdirilir

Son illər ölkəmizdə vətəndaşların sosial şəraitinin daha da yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, müxtəlif sahələrin – xüsusilə elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir. Bu tədbirlər bütövlükdə ölkənin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət tərəfindən ən çox diqqət yetirilən sahələrdən biri […]

Vəfa Süleymanova: Təcrübəmdə uğurlu fənlərarası inteqrasiya esselərin məzmununda aşkarlanır

Şagirdlərin coğrafi təfəkkürünün qiymətləndirilməsində esselərin imkanlarından istifadə Coğrafiya elminin şagirdlərin dünyagörüşünün artması, təbiətdə, cəmiyyətdə baş verən hadisə və proseslərin gedişatını doğru izləyib, qanunauyğunluğun aşkarlanması, proqnozların verilməsi kimi bacarıqların formalaşmasında müstəsna əhəmiyyəti vardır. Bu bacarıq, bilik və vərdişlər heç zaman öz aktuallığını itirmir. Öyrənmə prosesini müasir iş üsullarının köməyilə əyləncəli təşkil etmək olarsa, bunun qiymətləndirmə prosesinə […]

Elnur Məmmədov: “Təhsildə idarəetmənin ictimailəşməsi mühüm şərtdir”

Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Mektebgushesi.az AzEdu.az -a istinadən xəbər verir ki, bununla bağlı Təhsil nazirinin müşaviri Elnur Məmmədov müsahibə verib. O, müsahibəsində İctimai Şuraya seçkilərin keçirilməsi, Şuranın yaradılması zərurəti və hansı səlahiyyətlərə mailk olması barədə sualları cavablandırıb. – Elnur müəllim, Təhsil Nazirliyi yanında belə bir qurumun yaradılması hansı zərurətdən irəli […]

“Peşəkar məktəb psixoloqu” layihəsi düşüncəli gənclər yetişdirilməsinə dəstək verəcək

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib layihələrdən biri də “ Peşəkar Məktəb Psixoloqu ” layihəsidir. Bakı şəhəri 149 nömrəli tam orta məktəbdə təşkil olunacaq bu layihə 1 sentyabr – 30 noyabr intervalında nəzərdə tutulub. Mektebgushesi.az xəbər verir ki, AzEdu.az lahiyə rəhbəri Nəriman Məmmədzadə ilə lahiyənin məqsədi haqqında müsahibə aparıb. “Bildiyimiz kimi, yeniyetməlik […]

Çində “Daimler – Mercedes Benz”də təcrübə keçən yeganə azərbaycanlı tələbə

Çində magistratura təhsili alan və Pekində yerləşən “Daimler – Mercedes Benz” şirkətində təcrübə keçən yeganə azərbaycanlı Aysəl Əfəndizadənin Oxu.Az-a müsahibəsi: – Aysel xanım, bakalavr təhsilini harada almısınız? – Bakalavr təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə almışam. Akademiyada oxuduğum dövrdə müxtəlif tədbirlərdə iştirak edirdim. İlk dəfə Çin dilini məhz akademiyada təhsil alarkən […]

Sayalı Sadıqova: “Avqust ayında soyadlarla bağlı Komissiyaya heç bir müraciət daxil olmayıb”

“Avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya soyadların dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən heç bir müraciət daxil olmayıb”. Mektebgushesi.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib. Qeyd edək ki, bu ilin avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində […]

Elçin Babayev: Elm və təhsilimizdə universitetin xidmətləri əvəzsizdir

100 yaşlı Bakı Dövlət Universiteti (BDU) böyük inkişaf yolu keçib. Elm və təhsilimizdə universitetin xidmətləri əvəzsizdir. Bu fikirləri BDU-nun rektoru Elçin Babayev jurnalistlərə müsahibəsində deyib. Rektor qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 1919-cu il sentyabrın 1-də “Bakı şəhərində Dövlət universitetinin təsis edilməsi haqqında” Qanun qəbul edib. Cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitet elə […]

Azərbaycan jurnalistikasının İradəsi…

Gözlərindən boylanan baxışları qəlbinin dərinliyindən pərvazlanıb, simasına xüsusi gözəllik verir. Payına düşən qadın gözəlliyi zövqləri tilsimləyib, onu daha cazibədar göstərir. Özünü yaxşı tanıdığından əzmlə irəliləməyi bacarır. Daha doğrusu, qazandığı hər bir uğuru zirvəyə qalxmaq üçün növbəti pillə hesab edir. Vicdanlı, dürüst jurnalistdir. Mükəmməllik onun ən böyük dəyər verdiyi göstəricilərdən biridir. Süstlük, tənbəllik ruhuna yad olan əlamətlərdir. […]

Olimpiada qalibi Əziz Hüseynov: “VII sinifdən respublika və beynəlxalq müsabiqələrə qatılıram”

“Məncə, uğur qazanmaq üçün gündəlik 3-6 saat dərs oxumaq kifayət edir” Bu sözlərin müəllifi Sloveniyanın Maribor şəhərində keçirilən Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında gümüş medala layiq görülən Əziz Hüseynovdur. Olimpiadada azərbaycanlı məktəblilərlə bərabər, Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri də iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, Xəzər Universitetinin […]

Bəşarət Məmmədov: “Məktəblərdə müəllimlərin və şagirdlərin vahid formada olması müzakirə olunur”

Bu ildən orta ümumtəhsil məktəblərində təlim-tərbiyə işinə nəzarət gücləndiriləcək. Mektebgushesi.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a video-müsahibəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov deyib. O, eyni zamanda məktəbəhazırlıq qruplarına qeydiyyatla bağlı məsələlərdən, orta məktəblərə quraşdırılan müşahidə kameralarından, psixoloq kadrların hazırlıq vəziyyətindən, vahid məktəbli formasına mümkün dəyişikliklərdən, müəllimlər üçün vahid formaya keçid ehtimalından, […]

ATU-nun assistenti Arzu Bəydəmirova: Geomaqnit qasırğası insan orqanizminə necə təsir edir?

Ötən əsrin əvvəllərindən etibarən həkimlər xəstələrə müalicə yazarkən yaşadığımız ətraf mühitin meteo-klimatik faktorlarını da nəzərə alırlar. Çünki bu faktorlar insan orqanizminə bəlli təsiri var. Bu barədə ATU-nun kliniki farmakologiya kafedrasının assistenti, Tədris Terapevtik klinikasının terapevt kardioloqu Arzu Bəydəmirova fikirlərini açıqlayıb. A.Bəydəmirovanın sözlərinə görə, Xarici mühit amillərinin insan orqanizminə təsirinin öyrənilməsində yerin maqnit sahəsinin, xüsusən geomaqnit […]

Eşqi Bağırov: Məktəblərə peşəkar və səriştəli direktorlar təyin olunacaq

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Ötən həftə 150 nəfərədək namizəd müsahibə mərhələsində iştirak edib. Mektebgushesi.az xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov söyləyib. O qeyd edib ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən direktor vəzifəsinə işə qəbul üzrə növbəti […]

Cavid Cəfərzadə: Sevindirici haldır ki, 600 bal toplayan abituriyentlər müəllimliyi seçməyə başlayıblar

“Təhsil sahəsində aparılan islahatlar Azərbaycan təhsilində yeni eranın başlanmasını stimullaşdırır” Təhsil sahəsində aparılan islahatlar nəticəsində hazırda pedaqoji işçi və rəhbər heyətlərinin yeni iş yerlərinə yerləşdirilməsi prosesi aparılır. Proses necə gedir və onun nəticələri ölkəmizdə təhsilin inkişafı və yenilənməsinə hansı töhfələri verə bilər? İndi cəmiyyətin əksər kəsimini məşğul edən bu tipli suallarımıza Demokratiyanın və Milli Dəyərlərin […]

Bostonda yaşayan azərbaycanlı qız

Amerika Birləşmiş Ştatları azadlıq aşiqlərinin həsəd apardıqları, rahat yaşamaq üçün münasib bildikləri ölkələrdən biridir. Burada bilik və bacarıqların hesabına uğur qazanmaq, xoşbəxt gələcək qurmaq üçün heç bir məhdudiyyətin olmadığını düşünənlər də az deyil. Amma bu da bir həqiqətdir ki, təzə gələn hər bir insan, bu ölkədə həyatını yenidən qurmalı, necə deyərlər, 0-dan başlamalıdır. Bəli, burada […]