Mektebgushesi

Yeni Peşə Təhsili Mərkəzinə qəbul davam edir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə elektron sənəd qəbulu davam edir. Mektebgushesi.az xəbər verir ki, sənəd qəbulu sentyabrın 5-dək “ASAN xidmət” mərkəzlərində ödənişsiz şəkildə və elektron qaydada aparılır. Müsabiqəyə 1-ci turda iştirak etməyən namizədlər də qatıla bilərlər. İkinci mərhələ üzrə nəticələrin sentyabrın 12-dək açıqlanması nəzərdə […]

Müəllimlərin maaş artımı ılə bağlı fərman bu gündən qüvvəyə minir

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 18-də imzaladığı Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında və Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam qüvvəyə minib. Mektebgushesi.az xəbər verir ki, Sentyabrın 1-dən […]

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Mektebgushesi.az xəbər verir ki, əmrə əsasən, təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub. Metodik bölmə iclasları hər bir zona […]

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır

Bu gündən 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə ixtisas seçimi aparılır. Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, saat 11:25-ə olan göstəricilərə görə, boş qalan yerlərə qəbul olunmaq üçün 257 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib. Orta ixtisas […]

İnternatlara və kimsəsizlərə məktəbli formaları pulsuz paylanacaq

“2017-ci ildən məktəbli formalarının qiymətləri dəyişməyib”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri Lent.az -a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O bildirib ki, 1-6-cı siniflərin məktəbli formasının qiyməti 40 manat, 7-11-ci sinif şagirdləri üçün 46 manatdır: “Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Hal-hazırda tikiş prosesi gedir və formaları hər il […]

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib. Mektebgushesi.az xəbər verir ki, jurnalın bu nömrəsində (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində […]

Sabahdan kolleclərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq

Avqustun 31-dən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan yerlərinə ixtisas seçimi başlayacaq. Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, ixtisas seçimi sentyabrın 4-dək davam edəcək. İxtisas seçimi DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək. Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə sentyabrın 6-dan 11-dək aparılacaq.

SOCAR-ın Elm Fondunun qrant müsabiqəsinin nəticələri açıqlanıb

SOCAR-ın Elm Fondu 2019-cu il üçün qrant müsabiqəsinin nəticələrini açıqlayıb. Azərbaycan Milli Elmlər Akademiyasından Mektebgushesi.az -a bildirilib ki, müsabiqə komissiyasının və ekspertlərin yekun rəyləri nəzərə alınaraq, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin qərarı ilə 26 elmi tədqiqat (ET), 1 xüsusi (XL) və 3 həvəsləndirici mükafat (HM) olmaqla 30 qrant layihəsi müsabiqənin qalibi elan edilib. Xatırladaq ki, […]

Əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb

             Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb. 5 190 namizəd elektron ərizəsini təsdiq edərək bu mərhələdə iştirak edib. Ərizəsini təsdiq etmiş şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.  Mektebgushesi.az xəbər verir ki, elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz […]

Sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildiriblər ki, sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur. Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə […]

Məktəbəhazırlıq qruplarında uşaqların say həddi necə müəyyənləşdirilir?

Avqustun 26-dan etibarən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. Xatırladaq ki, məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumitəhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Bəs məktəbəhazırlıq qruplarında uşaqların say həddi necə müəyyənləşdirilir? Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün – ən azı 10 uşaq; […]

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə dörd gün müəyyən olunur

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək. Birinci yarımil oktyabrın 1-dən yanvarın 26-dək, ikinci yarım il isə fevralın 1-dən mayın 31-dəkdir. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətil (1-5 may) olacaq. Məşğələlərin müddəti həftədə 4 gün olmaqla (12 məşğələ) müəyyən […]

Tələbələrin yataqxana problemi -Universitetlər tələbələri yerləşdirə bilirmi ?

Artıq yeni tədris ilinin başlamasına az vaxt qalıb. Universitetlərə qəbul olunan tələbələr isə bu müddətdə bir çox problemlərlə qarşılaşırlar. Belə problemlərdən biri də, tələbələrin harada məskunlaşacaqları ilə bağlıdır. Universitetlər bölgələrdən vəö xarici ölkələrdən gələn tələbələrin bu probleminin qarşısını almaq üçün yataqxanalar istifadəyə verirlər. Lakin ölkəmiz müharibə şəraitində olduğunda yataqxanalarda məcburi köçkünlər də məskunlaşıb. Nəzərinizə çatdıraq […]

Müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri məlum olub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Mektebgushesi.az xəbər verir ki, Təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanan qeyri-pedaqoji ixtisaslı namizədlər tutduqları vakant yerə müddətli müqavilə əsasında işə qəbul olunublar. Müsabiqədə uğur qazanmış şəxslər sentyabrın 6-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, […]

11 illik orta təhsil bazasından kolleclərə abituriyentlərin qeydiyyatı başa çatır

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı bu gün saat 17:00-da başa çatır. DİM -dən Mektebgushesi.az -a verilən məlumata görə, abituriyentlər 29 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə […]