Mektebgushesi

Şagird sayı 500-dən çox olan məktəblərin direktoru vəzifəsinə qəbul imtahanı keçiriləcək

İyulun 6-da şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, 1 889 namizədin dəvət edildiyi test imtahanları ölkə üzrə 8 şəhər olmaqla 9 mərkəzdə təşkil olunacaq. İmtahanların keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. “Dövlət ümumi təhsil müəssisələrinə direktor […]

Müəllimlərin sertifikatlaşdırma imtahanları bu gün başa çatır

Bu gün müəllimlərin sertifikatlaşdırma imtahanları başa çatır. Mektebgushesi.az xəbər verir ki, iyunun 24-də dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sonuncu imtahanlar keçirilir. Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub. Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilir. Xatırladaq ki, dövlət ümumi təhsil […]

Lisey və gimnaziyaların V-VII siniflərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

Lisey və gimnaziyaların V-VII siniflərinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, Bakı şəhəri və bölgələrdə yerləşən bir neçə lisey və gimnaziyanın V-VII siniflərinə mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olmaqla imtahan nəticələrini öyrənə bilərlər. Növbəti mərhələdə iştirak hüququ qazanmış şagirdlər 4 iyul saat 16:00-dək lisey […]

Avropa Fizika Olimpiadasında uğur qazanan şagirdlərimiz

  Almaniyanın Hannover şəhərində Avropa Fizika Olimpiadası təşkil edilib. Təhsil İnstitutundan  bildirilib ki, 5 məktəbli ilə təmsil olunan komandamız yarışda uğurla çıxış edərək 1 gümüş medal, 1 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Abdulkərim gümüş medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin […]

Şəkili müəllim sertifikasiya imtahanında respublika üzrə rekord nəticə göstərib – 59 BAL

  Təhsil ictimaiyyəti müəllimlərin sertifikatlaşdırılması prosesini müzakirə edir. İyunun 20-də sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ilk günündə birinci seans başa çatıb. Qeyd edək ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 minə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq. Mektebgushesi.az-ın xəbərinə görə, respublika […]

Əl-Biruni Beynəlxalq Kimya olimpiadasında qazanılan uğur

11-18 iyun 2023-cü il tarixlərində Özbəkistanın Xivə şəhərində Əl-Biruni adına I Beynəlxalq Kimya Olimpiadası keçirilib. Olimpiadada 16 ölkədən məktəblilər iştirak ediblər. Ölkəmiz sözügedən yarışda 4 məktəbli ilə təmsil olunub. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin X və XI sinif şagirdləri Nihad Hacızadə və Dəniz Səttarlı, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov, Bakı şəhəri Fizika, […]

Bakı məktəblisi şahmat üzrə Avropa çempionatının qızıl medalını qazanıb

Bakı məktəblisi şahmat üzrə məktəblilərin Avropa çempionatında qalib gəlib. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 228 nömrəli tam orta məktəbin X sinif şagirdi Aqil İsrafilov Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında qızıl medalın sahibi olub. Şahmatçı 17 yaşadək oğlanlar kateqoriyasında 9 oyundan 7,5 xal toplayıb. Qeyd edək ki, 10 […]

Bakıdakı 272 saylı tam orta məktəbdə korrupsiya və hüquqpozmaları mövcuddur – İDDİA

Yazıb sizə bildirmək istəyirəm ki, Nizami rayonunda yerləşən 272 saylı tam orta məktəbdə uzun müddətdir davam edən korrupsiya hüquqpozmaları və digər hüquqpozamalar mövcuddur.  Bu məzmunlu məktubla Mektebgushesi.az -a vətəndaş müraciət edib. Müraciəti olduğu kimi dərc edirik. Qarşı tərəfi də dinləməyə hazırıq. Məktəbin direktoru Səfurə Rəhimova 14.09.2022 -ci ildə direktor təyin olunduqdan sonra məktəbdə öz mənafeyi […]

Lisey və gimnaziyalara qəbul imtahanları keçirilib

İyunun 16-da bir sıra lisey və gimnaziyaların 7 və 8-ci siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilib.   İmtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan və Oğuz üzrə ümumilikdə 35 mərkəzdə təşkil edilib.   Qeyd edək ki, şagirdlər iyunun 21-dən sy.edu.az platformasına daxil olmaqla […]

Bakıda 46 məktəbdə monitorinq aparılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 məktəbdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılan monitorinqlərin nəticələri təhlil edilib. Bu barədə  Mektebgushesi.az-a idarədən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən həyata keçirilmiş təhlillər öyrətmənin, qiymətləndirmənin, məktəbdə psixoloji xidmətin təşkilinin keyfiyyəti, xüsusi qayğıya ehtiyacı olan və xüsusi istedadlı uşaqlar üçün dəstəkləyici mühitin təşkili […]

Avropa Çempionatında uğur qazanan Bakı məktəblisi

Paytaxt məktəblisi Avropa Çempionatında Yunan-Roma güləşi üzrə III yeri tutub. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, Albaniyanın paytaxtı Tiranada yeniyetmələr arasında keçirilən Avropa Çempionatında Bakı şəhəri 118 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mahir Qurbanlı Yunan-Roma güləşi üzrə yarışda 110 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək bürünc medalın sahibi olub. M.Qurbanlı finlandiyalı rəqibi ilə mübarizədə […]

132-134 nömrəli məktəbin məzunu dünyanın 9 universitetində bakalavr təhsili almaq hüququ qazanıb – FOTO

  Bakının 132-134 nömrəli Təhsil Kompleksinin məzunu Ziya Babayev dünyanın 9 universitetindən dəvət məktubu alaraq bu ali təhsil müəssisələrində bakalavr təhsili almaq hüququ qazanıb. Bu universitetlər arasında İngiltərənin London İmperial Kolleci, Kinqston Universiteti, Mançester Universiteti, Türkiyənin Bahçeşehir Universiteti, Özyeğin Universiteti, Yeditepe Universiteti, Biruni Universiteti, İstinye Universiteti, Sabancı Universiteti yer alıb. Qeyd edək ki, Ziya Babayev […]

Emin Əmrullayev: “Növbəti tədris ilində Füzuli, Şuşa, Laçın və Zabuxda məktəblərimiz fəaliyyətə başlayacaq”

“Növbəti tədris ilində Füzulidə, Şuşada, Laçında və Zabuxda məktəblərimiz fəaliyyətə başlayacaq”. “Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən məzun günündə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bu il həm də fərqli bir tədris ilinin olduğunu söyləyib: “Bu il tədris ilinə Zəngilanda, Ağalı […]

Paytaxt məktəblərində 16 mindən çox şagird təmayül sinifdə təhsil alıb

  Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İdarənin tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16 min 14 şagird təhsil alıb. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.