Valideynlər paytaxt üzrə məktəbli formalarını 18 məntəqədən əldə edə bilərlər -SİYAHI
Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərara əsasən məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb […]
Lisey və gimnaziyalara sənədlərin qəbuluna başlanılır
Bu gündən lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır. Elm və Təhsil Nazirliyindən bildirilib ki, valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 7-si saat 15:00-dan avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir. Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır […]
Hər məktəb dörd geyim formasından birini seçməlidir -RƏSMİ
Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumtəhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən tədris ilində hər bir ümumtəhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar […]
Paytaxt məktəblilərinin Sloveniyaya səfəri başa çatıb
Bakı şəhəri 171 nömrəli tam orta məktəbin müəllim və şagirdlərindən ibarət nümayəndə heyətinin Sloveniyaya səfəri başa çatıb. Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı günlərində “Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP) çərçivəsində təşkil olunan səfərdə məktəb nümayəndələri ilə yanaşı Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Nazirliyin İdman sektorunun əməkdaşı Aygün İbrahimova, Bakı […]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş medala layiq görülüb
Elm və təhsil naziri Emin Əmrullayev Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında əmr imzalayıb. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, əmrə əsasən, 126 şagird qızıl, 95 şagird isə gümüş nişanla təltif olunub. Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş medala layiq görülüb. Liseyin şagirdləri […]
Paytaxtda MİQ üzrə 6 imtahan mərkəzi fəaliyyət göstərir
İyulun 13-də 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə ibtidai sinif və musiqi fənləri üzrə namizədlər dəvət olunub. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov 161 nömrəli tam orta məktəbdə imtahan prosesinin gedişatını izləyib. Qeyd edək ki, 58 000-ə yaxın namizədin iştirak edəcəyi test […]
Lisey və gimnaziyalara qəbul nəticələri elan olunub
2023-2024-cü tədris ili üzrə 32 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada keçirilən lisey və gimnaziyalara qəbul nəticələri elan olunub. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi üzrə portalda şəxsi kabinetlər vasitəsilə nəticələrlə tanış olmaq mümkündür. Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə şəxsi kabinetlərinə daxil olaraq iyulun 17-si saat 17:00-dək qəbul […]
Bakı şəhəri üzrə 20-dən çox məktəb üçün vakant direktor vəzifəsi var
“Bakı şəhəri üzrə şagird sayı 500-dən yuxarı olan 20-dən çox məktəb üçün vakant direktor vəzifəsi var”. Mektebgushesi.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, həmin yerlər vakansiyaya çıxarılıb. Şöbə müdiri bildirib ki, bu sayın artacağı istisna edilmir. “Yay aylarında çalışmanın yaş həddinə çatacaq […]
Məzunlara attestatlar verilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur. 2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini […]
Ümumtəhsil məktəblərində Mülki Müdafiə fənninin tədrisi
2, 5 və 6-cı siniflərdə “MÜLKİ MÜDAFİƏ” FƏNNİN TƏDRİSİNDƏ MƏKTƏB HƏRBİ RƏHBƏRİNİN ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏLƏR Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır. Heydər Əliyev, Azərbaycan xalqının Ümummilli Lideri Müsair dövrdə durmadan artıb genişlənən fövqəladə halların törət- dikləri fəlakət […]
Maksimum nəticə göstərən müəllimləri təbrik etdilər
20-24 iyun 2023-cü il tarixlərində keçirilmiş təhsilverənlərin sertifikatlaşdırılma prosesində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 2 məktəbin müəllimi 60 bal toplayaraq maksimum nəticə göstəriblər. Belə ki, sertifikatlaşdırma prosesinin son günündə Bakı şəhəri 170 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Şükürova və 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova […]
Təhsil İnstitutu məktəblərdə apardığı tədqiqatın nəticələrini açıqlayıb
Təhsil İnstitutu məktəbdə formativ qiymətləndirmə zamanı rəqəmsallaşdırmadan istifadə ilə bağlı tədqiqatın nəticələrini açıqlayıb. İnstitutun Mətbuat Xidmətindən bildirilib ki, formativ qiymətləndirmənin rəqəmsallaşdırılması mövzusunda tədqiqatın aparılmasında əsas məqsəd rəqəmsal texnologiyanın formativ qiymətləndirmənin təkmilləşdirilməsində təklif etdiyi potensialı anlamaq və bu istiqamətdə atılan addımları necə asanlaşdıra biləcəyi ilə bağlı müzakirələri inkişaf etdirməkdir. Bu məqsədlə, kəmiyyət tədqiqat metodologiyasından, tədqiqat metodu […]
Sertifikatlaşma nəticələrinə müvafiq olaraq müəllimlərə artımlar ödəniləcək
“Builki sertifikatlaşma nəticələrinə müvafiq olaraq müəllimlərə artımlar ödəniləcək”. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, Prezident İlham Əliyevin ötən il imzaladığı fərmana müvafiq olaraq, təhsilverənlərin sertifikatlaşması prosesindən uğurla keçən müəllimlərin əməkhaqqına əlavələr şamil olunur. Direktorun sözlərinə görə, 30-50 bal arası nəticə toplamış müəllimlərin […]
Şagird sayı 500-dən çox olan məktəblərin direktoru vəzifəsinə qəbul imtahanı keçiriləcək
İyulun 6-da şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, 1 889 namizədin dəvət edildiyi test imtahanları ölkə üzrə 8 şəhər olmaqla 9 mərkəzdə təşkil olunacaq. İmtahanların keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. “Dövlət ümumi təhsil müəssisələrinə direktor […]
Müəllimlərin sertifikatlaşdırma imtahanları bu gün başa çatır
Bu gün müəllimlərin sertifikatlaşdırma imtahanları başa çatır. Mektebgushesi.az xəbər verir ki, iyunun 24-də dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sonuncu imtahanlar keçirilir. Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub. Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilir. Xatırladaq ki, dövlət ümumi təhsil […]