Mektebgushesi

İşğaldan azad olunmuş ərazilərdə tikinti və təmir işləri aparılan təhsil müəssisələrinin adları açıqlanıb

  2023-2024-cü tədris ilində Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində tikinti və təmir işləri aparılan təhsil müəssisələrinin adları açıqlanıb. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, Şuşa şəhəri 1 nömrəli 960 yerlik tam orta məktəbində son tamamlanma işləri görülür. Zabux kəndində 176 yerlik məktəbdə bərpa-gücləndirmə və əsaslı təmirlə bağlı tamamlanma işləri aparılır. Ağdam şəhəri 960 […]

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir

  Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azerbaijan” layihəsi çərçivəsində keçiriləcək Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat aparılır. Təhsil İnstitutundan bildirilib ki, festival noyabrın 27-dən dekabrın 2-dək Bakı Ekspo Mərkəzində 15 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunacaq. Festivalda iştirak üçün qeydiyyat oktyabrın 1-dək davam edəcək. Üçüncü dəfə keçiriləcək festivalın əsas məqsədi müxtəlif ideyaların reallaşdırılması, […]

Bu ildən “Təbiət-6” dərsliyi bütün məktəblərdə tədris olunacaq

Bu ildən məktəblərdə “Təbiət-6” dərslik komplektinin kütləvi tətbiqinə başlanılacaq. Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məlumat yayıb. Bildirilib ki, ARTİ-nin təşkilatçılığı ilə hazırlanan VI siniflər üçün “Təbiət” dərslik komplektinin I və II hissəsi 2022/23-cü tədris ilində ümumi təhsil müəssisələrinin 132 sinfində pilot sınağından keçirilib. Bu müddətdə dərslik paralel olaraq Elm və Təhsil Nazirliyinin ekspertləri, AMEA-nın uyğun institutlarının […]

Heydər Əliyev adına liseyin məzunlarının hər biri tələbə adını qazanıb

Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin builki məzunları hər il olduğu kimi bu ildə ali məktəbə qəbul imtahanlarında yüksək nəticələr əldə edib. Liseyin direktoru Sevinc Orucovanın verdiyi məlumata görə Elm və Təhsil Nazirliyinin tabeliyində olan Heydər Əliyev adına liseyin buil 78 nəfər məzunu olub. Onlardan 77 nəfəri ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak […]

600-ə yaxın şagird üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi bu ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verən 600-ə yaxın şagird üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək. Mektebgushesi.az xəbər verir ki, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar […]

Bir sinfində oxuyan şagirdlər 100 faizlik nəticə göstəriblər

Biləsuvarda məktəbin bir sinfində oxuyan şagirdlər 100 faizlik nəticə göstəriblər. Bu barədə AZƏRTAC-a məktəbdən məlumat verilib. Bildirilib ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək, hər biri (19 nəfər) ali məktəbə qəbul olub. Onlardan Azərbaycan Dillər Universitetinə bir, Bakı Slavyan Universitetinə bir, Bakı Dövlət Universitetinə […]

Şagirdlərin hazırladığı layihə beynəlxalq olimpiadalarda qızıl medal qazanıb

  Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Polimerlərin radiasiya kimyası və texnologiyası laboratoriyasının elmi işçisi kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyevanın rəhbərliyi altında şagirdlərin hazırladığı layihə beynəlxalq olimpiadalarda birincilik qazanıb. Bu barədə institutdan bildirilib. Belə ki, “Landau School”un 10-cu sinif şagirdləri – Aydan Musayeva və Leyla Məhərrəmovanın “Sənaye tullantı sularının təmizlənməsi üçün xitozan və nar […]

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim mərhələsinə başlanılıb

  Avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilib. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, II mərhələ lisey və gimnaziya seçimi avqustun 25-i saat 15:00-da başa çatacaq. Boş qalan yerlər üçün www.sy.edu.az/ portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” […]

Məktəb direktoru: “Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər”

  “Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin direktoru Səbinə Gözəlova deyib. Direktor məktəblərdə vahid formanın tətbiq edilməsini yüksək qiymətləndirirərək bildirib ki, valideynlər formanı istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər: “Bütün məktəblər üzrə vahid geyim forması şagirdlərdə […]

Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir

2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 min 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 min 113-ü oğlan, 60 min 226-sı isə qızdır. 115 min 840 nəfər Azərbaycan […]

Məktəbəhazırlıq qruplarına 20 min 871 uşaq qeydiyyatdan keçib

Avqustun 17-si saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 20 min 871 uşaq elektron qeydiyyatdan keçib. Bu barədə Mektebgushesi.az -a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. 2023-2024-cü tədris ili üzrə […]

Zəngilan rayonunun şagirdləri “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə qoşuldular

Elm və Təhsil Nazirliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsi Zəngilan rayonundan başlayıb. Bu barədə  Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, yay məktəbinin Zəngilan rayonunun Ağalı kəndində keçirilən birinci […]

“Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyinin VII sinif şagirdi Sulduz Hacıyev  və VI sinif şagirdi Yunus Mehraliyev 6-13 avqust tarixində IMEC Riyaziyyat Olimpiadasının (IMEC – International Mathematics Olympiad) qlobal turunda işirak ediblər. Sulduz Hacıyev qızıl, Yunus Mehraliyev isə gümüş medala layiq görülüb.  İngiltərənin London şəhərində yerləşən Harrov məktəbində keçirilən olimpiada IMEC Komitəsi tərəfindən təşkil edilib. […]

Naxçıvanda şagirdlər yeni tədris ilində əvvəlki illərin məktəbli formasını geyinə biləcəklər

Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin şagirdləri yeni tədris ilində əvvəlki illərdə istifadə olunan məktəbli geyim formasından istifadə edə biləcəklər. Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Valideynləri maraqlandıran əsas məsələlərdən biri də 2023-2024-cü tədris ilində övladlarının hansı məktəbli forması […]