Mektebgushesi

Əlimusa İbrahimov – BDU beynəlxalq elmi əməksaşlığa  layiqli töhfə verir

1919-cu ilin sentyabrında müsəlman Şərqində ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin yaradılması müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisə olmuşdu. Bu hadisədən bir qədər sonra BDU-nun ilk rektoru V.Y.Razumovski İtaliyada ezamiyyətdə olarkən mehmanxanada doldurduğu anketdə “vəzifəsi” sözünün qarşısında iftixar hissi ilə yazmışdı: “Bakı Dövlət Universitetinin rektoru”. Oxucuda elə təsəvvür yaranmasın ki, Azərbaycanın […]

LDU-da “yaşıl” iqtisadiyyatla bağlı  Elmi-praktiki konfrans

  Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl” iqtisadiyyat və davamlı inkişaf” mövzusunda  Elmi-praktik konfrans keçirilib. Elmi-praktiki konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektorunun  müşaviri, prof. Mikayıl Məhərrəmov açıb və LDU-nun rektoru prof. Natiq İbrahimovun təbrikini konfrans iştirakçılarına çatdırıb. Keçirilən konfransın olduqca vacib qlobal problemə həsr olunduğunu […]

Sumqayıt Dövlət Universitetinə yeni təyinat olub

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə Mektebgushesi.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, “Mercedes-Benz Consulting” şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqramı məzunu Günay Kazımzadə SDU-nun “SABAH Magistratura Proqramları” üzrə rektor müşaviri təyin olunub.

“Əsrin müqaviləsi” – Azərbaycanın davamlı inkişafının təməlidir

2024-cü ilin 26 aprelində Mingəçevir Dövlət Universitetində (MDU) “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr edilmiş “Əsrin müqaviləsi” – Azərbaycanın davamlı inkişafının təməlidir” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun Sənayenin təşkili və idarəetmə və Mexanika kafedralarının birgə təşkilatçılığı ilə keçirilən görüşdə universitetin bir qrup akademik və inzibati heyət üzvü iştirak edib. Tədbiri giriş sözü ilə açan Sənayenin təşkili […]

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. Əvvəlcə, Elmi Şuranın sədri, ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor Mahirə Hüseynovaya Dünya Söz Akademiyasının fəxri akademik üzvlüyü diplomunu və Xuraman Səfərova,  Səbinə Hacıyeva və Şəfa Məmmədovaya dosent attestatlarını təqdim edib. Şuranın iclasında Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov “ADPU-da professor-müəllim heyətinin […]

Turqut Nəhmətli – YARADAN İLƏ TƏNHA

“Üst-üstə yığılmış xatirələrin ətrini yayan çoxlu xırda əşyalar vardı”, – deyir Avqust Strindberq “Tənha” əsərində. Bu əşyalar Strindberqi  tənhalıqdan qurtarmadığı üçün bu əsəri yazdığını anlamaq elə də çətin deyil. Digər tərəfdən, bunu gözləmək də absurddur. Mücərrəd ruhun tənhalığını konkret cisimlər yox edə bilməz. Ruhumuz daim tənhadır. Bəzilərimizinki kədərimizlə, bir qismimizin ruhu sevincimizlə və ya bəlkə […]

Düşüncə və Öyrənmə Elmlərində irəliləyişlər

  Müasir öyrənmə və bilmə nəzəriyyələri biliyin şüurda necə təmsil olunduğunu, təşkil olunduğunu və işlənməsini vurğulayır. Bilik və anlamanı dəstəkləyən sosial və iştirakçı təcrübələr də daxil olmaqla öyrənmənin sosial ölçülərinə də diqqət yetirilir. Bu biliklər toplusu, qiymətləndirmə təcrübələrinin tələbə nailiyyətlərinin daha mürəkkəb aspektlərini əhatə etmək üçün komponent bacarıqlarına və diskret bilik hissələrinə diqqətdən kənara çıxmalı […]

“Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda “dəyirmi masa” keçirilib

26.04. 2024 tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi “Təhsil Ekspertləri Mərkəzi” ilə birgə “Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda dəyirmi masa keçirmişdir. Mektebgushesi.az xəbər verir ki, dəyirmi masada Millət vəkilləri Ceyhun Məmmədov Elm Və Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev Bakı Şəhər Təhsil […]

AzTU-da görüş təşkil olunub

  Azərbaycan Texniki Universiteti (AzTU) ilə “SmartNation” platformasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Gələcəyin Zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib. Mektebgushesi.az xəbər verir ki, görüşdə “SmartNation” platformasının rəhbəri Şəbnəm Məmmədova layihə barədə ətraflı məlumat verib, həmçinin iştirakçılarla bağlı gözləntilərini paylaşıb. Müzakirələr zamanı tələbələrin təhsil və sənayedə üzləşdikləri mövcud problemlər və ehtiyaclar dinlənilib, onların sualları cavablandırılıb. […]

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

Çinin Şençjen şəhərində 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) təşkil edilib. Təhsil İnstitutundan  bildirilib ki, milli komandamız uğurla iştirak edərək ölkəmizə 3 medal qazandırıb. Bakı şəhəri, Kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 3 şagird bürünc medal […]

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

  Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq. Nazirlikdən Mektebgushesi.az -a bildirilib ki, bildirilib ki, vətəndaşlar 146–0–10 nömrəsi ilə əlaqə yaratmaqla Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.

Azərbaycan İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

  Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir. Aİİ İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – f.f.d. Faiq Əhmədzadə, f.f.d. Qafqaz Abdurahmanov Qəbələ və Ağdaş rayonlarında yaşayan I və II tədris ili tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər. Layihənin məqsədinə uyğun olaraq valideynlərə Aİİ-də yaradılmış tələbəyönümlü […]

BMU-da TOPİK imtahanı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Koreya dili bacarıqlarının qiymətləndirilməsi üzrə 93-cü TOPİK (Test of Proficiency in Korean) imtahanı keçirilib. İmtahan Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və BMU ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) təşkilatçılığı ilə baş tutub. İiki hissədən ibarət olan imtahanda 263 nəfəri BMU-İNHA İDP çərçivəsində təhsil alan tələbələr olmaqla, […]

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev “Məktəbdə…” layihəsinin qonağı olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və Kaspi.az saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 32 nömrəli tam orta məktəbdə keçirilib. Qonaq təhsil ocağına daxil olarkən özünün məktəb illərini xatırlayaraq nostalji hisslər yaşadığını dilə gətirib, həyatda qazandığı […]

MDU-nun 3 tələbəsinin layihəsi “İdeyanı Reallaşdır 2023” Qrant müsabiqəsinin qalibi olub

  Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib. Müsabiqədə MDU-nun 3 tələbəsənin layihəsi qalib olub. Qalib olan tələbələri və layihələri […]