Mektebgushesi

AzTU əməkdaşları Estoniyanın Tallin Texnologiya Universitetində səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Universitet Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova Estoniyanın Tallin Texnologiya Universitetində (Taltech) səfərdə olub. Mektebgushesi.az xəbər verir ki, “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində təşkil edilən səfərin əsas məqsədi sahibkarlıq təhsilinin inkişaf etdirilməsi və ali təhsildə sahibkarlıq […]

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə başlanılır

  Sentyabrın 8-dən sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start veriləcək. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Qeyd edək ki, müsahibə mərhələsi […]

Dillər Universitetində “Konfutsi və musiqi” mövzusunda tədbir

  Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun onlayn yay lektoriyasında Çin mədəniyyətinə dair növbəti, “Konfutsi və musiqi” mövzusunda mühazirə keçirilib. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qədim Çində qurbanlıq ayin və mərasimlərinin musiqili müşayiətinin əhəmiyyətindən danışaraq, görkəmli Çin filosofu Konfutsinin musiqi və əxlaqi tərbiyənin əlaqəsi, musiqinin cəmiyyətdə rolu, musiqi təhsilinin əhəmiyyəti haqqında  söylədiyi fikirlərə diqqət […]

Yaponiyada məktəbə şagirdlərin əvəzinə robotlar göndərilə bilər

Yaponiyanın Kumamoto şəhərinin hakimiyyət orqanları məktəblərdə davamiyyətsizlik və zorakılığa qarşı mübarizə çərçivəsində şagirdlərin əvəzinə siniflərə robotların göndərilməsini təklif edib. Noyabr ayından etibarən hündürlüyü bir metrdən çox olmayan özüyeriyən robotların təhsil müəssisələrinə göndərilməsi təklif olunub. Məlumata görə, robot müstəqil şəkildə sinifdən-sinifə keçəcək və şagird özü onu uzaqdan idarə edəcək. Bildirilir ki, şagirdlərin idarə etdiyi robotlardan istifadə […]

Azərbaycan və Qazaxıstanın təhsil işçiləri təcrübələrini bölüşürlər

  Qazaxıstanın təhsil işçiləri Azərbaycan müəllimləri üçün Astanada başlayan “Tədrisdən tədqiqata” təlimini yerli mühitdə tamamlamaq məqsədilə ölkəmizə səfər ediblər. Bu barədə Təhsil İnstitutundan bildirilib. Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Qazaxıstanın “Nazarbayev İntellekt Məktəbləri” ASC-nin Pedaqoji Ustalıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən, 30 təhsil işçisi avqustun 11-24-də Astana şəhərində səfərdə olub. İlk 2 modulu Astanada başa […]

Peşə məktəblərinə qəbulun II mərhələsi üzrə müsabiqədən keçənlərin sabahdan qeydiyyatı başlanır

  Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Bu barədə  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. Tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçənlər sentyabrın 7–11-də aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə məktəbinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər: •attestatın əsli; […]

Məktəblərdə metodik xidmət göstərəcək şəxslərin müsahibəsinə başlanılıb

  Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmət göstərəcək şəxslərin müsahibəsinə başlanılıb. İnstitutdan  bildirilib ki, Elm və Təhsil Nazirliyinin Fəaliyyət Planındakı “3.1.2. Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi. Ümumi təhsildə tədrisin keyfiyyətinin artırılması” bəndinə əsasən, müasir metodik xidmətin qurulması prosesi davam edir. Bu məqsədlə ümumi təhsil müəssisələrində metodik xidməti […]

Akkreditasiyadan keçən universitetlərin adları açıqlanıb

“5 ali təhsil müəssisəsi üzrə akkreditasiya prosesi bitib”. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib. Nazir deyib ki. onlar Mədəniyyət və İncəsənət Universiteti, Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universiteti, BDU Qazax Filialı və UNEC Zaqatala Filialıdır”. Əmrullayev əlavə edib ki, 10 […]

ADNSU-nun rektor əvəzi ABŞ-da Beynəlxalq Konfransda iştirak edən tələbələrlə görüşüb

Sentyabrın 6-da Azərbaycan Dövlət neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov ABŞ-ın Hyuston şəhərində Kəşfiyat Geofizikləri Cəmiyyəti (Society of Exploration Geophysicists) və Amerika Neft Geoloqları Assosiasiyasının (Amnerican Association of Petroleum Geologists – AAPG) ev sahibliyi etdiyi Beynəlxalq Konfransda iştirak edən SABAH qruplarının Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri – […]

Bu il dövlət hesabına ali təhsil alan tələbələrin sayı 50 %-dən çoxdur

Bu il dövlət hesabına ali təhsil alan tələbələrin sayı 50 %-dən çoxdur. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, bu il ümumilikdə 67 mindən çox şəxs bakalavr və magistr səviyyəsində təhsil alacaq. O bildirib ki, 10 ali təhsil müəssisəsi üzrə akkreditasiya qiymətləndirilməsinin yeni tədris ilində […]

ADPU-nun Quba filialında hesabat tədbiri keçirilib

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında son 4 ildə görülən işlərlə bağlı filialın Heydər Əliyev Lektoriyasında tədbir keçirilib. Giriş nitqi ilə çıxış edən direktor f.e.d. Yusif Alıyev əməkdaşları yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək qeyd etdi ki, bu müddət ərzində bir sıra uğurlu nəticələr əldə edilib. Kollektiv arasında sağlam mühit təşkil olunub, […]

Sertifikasiya imtahanından uğurla keçən ibtidai sinif müəllimlərinin sayı açıqlanıb

“Hazırda ölkə üzrə 21 180 ibtidai sinif müəllimi sertifikasiya imtahanında uğur qazanıb. 7 594 Azərbaycan dili və ədəbiyyatı müəllimi də bu mərhələdən keçib”. Mektebgushesi.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, ölkə üzrə 674 nəfərin təkrar imtahanda iştirakı nəzərdə tutulur. O bildirib ki, təkrar sertifikatlaşdırmada 21 […]

 Bağçalarda monitorinqlər mütəmadi davam edəcək – RƏSMİ

Bağçalarda monitorinqlər mütəmadi davam edəcək. Mektebgushesi.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, hansı bağçada nə qədər müəllimin hansı ixtisas və diplomla fəaliyyət göstərməsi bəllidir: “Çünki işçilər barədə məlumat bazası əlimizdə var. Böyük şəhərlərdə yer çatışmazlığı ilə bağlı problemlər hələ də qalır”.

Nazir: Təkrar sertifikatlaşdırmada 21 nəfər 0-9 bal toplayıb

“Hazırda ölkə üzrə 21 180 ibtidai sinif müəllimi sertifikasiya imtahanında uğur qazanıb. 7 594 Azərbaycan dili və ədəbiyyatı müəllimi də bu mərhələdən keçib”. Mektebgushesi.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Nazir diqqətə çatdırıb ki, ölkə üzrə 674 nəfərin təkrar imtahanda iştirakı nəzərdə tutulur. O bildirib ki, təkrar sertifikatlaşdırmada […]