Mektebgushesi

UNEC-də “Elm günləri” keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 mart – Elm Gününə həsr olunan “Elm günləri” keçiriləcək. 15-30 mart tarixlərində keçiriləcək “Elm günləri”ndə UNEC-in tədqiqat mərkəzləri və fakültələrinin xarici universitetlər, elmi tədqiqat institutları ilə birgə onlayn elmi seminarları, dəyirmi masaları, elmi müzakirələri təşkil olunacaq. Həmçinin UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi keçiriləcək. “Elm günləri”ndə iştirak […]

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib

  Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “40 hədis” yarışması keçirilib. Müsabiqə “ZOOM” platforması üzərindən təşkil olunub. Yarışmanın münsiflər heyətində İnstitutun İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, müəllimlərdən – ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Namiq Abuzərov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov təmsil olunublar. Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil […]

BDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

Bakı Dövlət Universitetində (BDU) 2020-ci il üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün sənəd vermiş iddiaçılar üçün fəlsəfə fənni üzrə qəbul imtahanı keçirilib. BDU-dan Mektebgushesi.az-a bildirilib ki, imtahanlarda 96 nəfər iştirak edib. İmtahanlarda BDU-nun doktoranturasına sənəd verənlərlə yanaşı, digər universitetlərə qəbul olmaq istəyən iddiaçılar da iştirak ediblər.

Mingəçevir Dövlət Universitetinin rektoru Azərbaycanın İstanbuldakı Baş konsulu ilə görüşüb

2021-ci ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulu Nərminə Mustafayeva ilə görüşüb. Görüşdə yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun İstanbul şəhərində yerləşən müvafiq ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsindən və böyük potensialından faydalanması imkanları müzakirə olunub. MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi, elmi fəaliyyətin […]

BDU alimlərinin məruzələri beynəlxalq konfransın materiallarında dərc edilib

Ukrayna Milli Aviasiya Universitetinin təşəbbüsü və dünyanın 10-dan artıq nüfuzlu ali məktəbinin, o cümlədən Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə keçirilən “Sosial dəyişim dövründə müasir hüquq” adlı XI Beynəlxalq elmi-praktik konfransın materialları iki cilddə nəşr olunub. Bu barədə Mektebgushesi.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, nəşrdə BDU-nun Hüquq fakültəsinin 20-dən çox aliminin – Əmir Əliyev, […]

“UniLab” layihəsi çərçivəsində növbəti virtual görüş keçirilib

Xəzər Universitetinin tərəfdaş olduğu Erasmus+ UniLab layihəsi çərçivəsində tərəfdaş ali təhsil müəssisələrinin növbəti virtual görüşü keçirilib. Universitetdən bildirilib ki, görüşdə layihə koordinatoru Carme Royo gündəlikdə duran məsələləri təqdim edib. Sonra may ayına qədər görüləcək işlər barədə müzakirə aparılıb. Layihənin məqsədlərinin və nəticələrinin tərəfdaş universitetlərin əməkdaşları və tələbələri ilə yanaşı, digər ali məktəblərə və geniş ictimaiyyətə çatdırılması […]

BDU və Qətər Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

Bakı Dövlət Universiteti (BDU) və Qətər Universitetinin rəhbərləri arasında virtual görüş keçirilib. Bu barədə Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyindən məlumat verilib. Səfirliyin təşkilatçılığı ilə baş tutan görüşdə BDU-nun rektoru Elçin Babayev, Qətər Universitetinin prezidenti Həsən Əl-Dirhəm, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, eləcə də iki ali […]

BDU-da vergi hüququ üzrə ixtisasın yaradılmasına dair müzakirə aparılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi və Bakı Dövlət Universiteti (BDU) arasında əlaqələrin gücləndirilməsi və vergi hüququ sahəsində mütəxəssis hazırlığı üzrə müvafiq işlərin görülməsi məqsədilə növbəti görüş keçirilib. BDU-dan Mektebgushesi.az-a verilən məlumata görə, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, DVX-nin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, DVX-nin İnsan Resursları Baş İdarəsinin rəis […]

ADU-da “Nizami Gəncəvi “Xəmsə”sində Çinin obrazı” mövzusunda seminar keçirilib

  Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi “Xəmsə”sində Çinin obrazı” adlı onlayn seminar keçirib. Seminarda açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2021-ci ilin “Nizami […]

“CISCO”nun təlimlərini bitirən Azərbaycan Texniki Universiteti əməkdaşlarına sertifikatlar təqdim olunub

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “CISCO” şirkəti arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində şirkətin təşkil etdiyi onlayn təlimlərdə iştirak etmiş AzTU əməkdaşlarına sertifikatların təqdim olunması ilə bağlı tədbir keçirilib. Bu barədə Mektebgushesi.az -a universitetdən məlumat verilib. Bildirilib ki, rektor Vilayət Vəliyev “CISCO” şirkəti ilə universitet arasında əməkdaşlığın uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, əməkdaşlığın inkişafı […]

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində seminar: Gələcəyə baxış

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “Gələcəyə baxış” mövzusunda seminar keçirilib. Bu barədə Mektebgushesi.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini İnara Rzayevanın təşəbbüsü və fakültənin Tələbə-Mentor qrupunun dəstəyi ilə ISE-nin birinci kurs tələbələri üçün təşkil olunan seminarda fakültənin xaricdə magistr təhsili alan və uğurla fəaliyyət göstərən məzunları da […]

Fransanın Azərbaycandakı səfiri Mingəçevir Dövlət Universitetində olub

  2021-ci ilin 9 mart tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub. Səfirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən MDU-nun rektoru Şahin Bayramov universitetin tarixi, kadr potensialı və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun […]

BDU-nun tələbələri beynəlxalq yaradıcılıq müsabiqəsinin qalibi olublar

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin I kurs magistrantı Gülay Tahirli və II kurs tələbəsi Gülşan Adışova Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilmiş “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsində I yerə layiq görülüblər. Gülay Tahirli 18-28 yaşlı gənclər arasında şeir, Gülşən Adışova isə esse nominasiyası […]

Kamal Abdulla Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

  Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüşüb. Rektor səfiri rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib. Kamal Abdulla bildirib ki, Azərbaycanda Pakistana böyük sevgi və hörmət var: “Vətən Müharibəsində Pakistanın Azərbaycana olan mənəvi dəstəyi bizim üçün çox qiymətlidir və mən universitetimizin […]

“WorldSkills Azerbaijan’’ AzTU ilə əməkdaşlığa başlayır

Azərbaycan Texniki Universitendə (AzTU) “WorldSkills Azerbaijan” (WSA) platformasının nümayəndə heyəti ilə görüş keçirilib. Mektebgushesi.az xəbər verir ki, görüşdə “WorldSkills” hərəkatının məqsəd və vəzifələri, Azərbaycanda təhsilin və kadr hazırlığının inkişaf perspektivləri, qurumlararası əməkdaşlığın inkişaf istiqamətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.  AzTU-nun Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli “WorldSkills” peşə bacarıqları hərəkatına qoşulmaq üçün gənc mütəxəssislərin hazırlanmasının […]