Mektebgushesi

ADNSU ilə AMEA İdarəetmə Sistemləri İnstitutu arasında müqavilə imzalanıb

Martın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovla ADNSU-nun rektoru, professor Mustafa Babanlı arasında görüş keçirilib. Görüşdə həmçinin, AMEA İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Əliyarov, “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, professor Araz Əliyev də […]

Təhsil Nazirliyi: İkili diplom proqramına sənəd qəbulu aparılır

ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında magistratura səviyyəsi üzrə birgə təşkil olunan ikili diplom proqramı çərçivəsində 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir. Bu barədə Mektebgushesi.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqram üzrə təhsil və insan inkişafı, təhsil siyasəti və liderlik (CVU), menecment – təhsilin təşkili […]

BMU-da “Mobil Tətbiqlər və Oyun Dizaynı” adlı laboratoriya istifadəyə verilib

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş kimi iştirak etdiyi, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlər və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində “Mobil Tətbiqlər və Oyun Dizaynı” ixtisası üçün laboratoriya təşkil edilib. Artıq fəaliyyətə başlayan laboratoriyanın yaradılmasında məqsəd universitetin informasiya texnologiyaları və […]

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ADPU rektoru Cəfər Cəfərovun təbriki

  100 illiyini qeyd edən doğma universitetimizin əziz qadın əməkdaş və müəllimləri, xanım tələbələri! Sizləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə cəmiyyətimizin çiçəklənməsi naminə gələcək fəaliyyətlərinizdə uğurlar, möhkəm cansağlığı və şəxsi səadət arzulayıram. Zəngin mədəni-ictimai irs yaratmış istedadlı Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin yaşadılması və ötürülməsində, yetişən nəslin geniş […]

ADPU-nun əmək bazarına çıxan ötənilki məzunlarının 51,5 faizi hazırda işləyir

  Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris işləri üzrə prorektorluğu hesabat yayıb. Hesabatda ADPU məzunlarının əmək bazarında məşğulluq nisbəti ilə bağlı statistik məlumatlar yer alır. Hesabata əsasən 2019-2020-ci tədris ilində universitetdən 2099 nəfər bakalavriat səviyyəsindən məzun olub. Onların 14%-i magistratura səviyyəsinə qəbul olub, 7.1%-i həqiqi hərbi xidmətə yollanıb. 61.7% məzun isə (1650 nəfər) […]

Mingəçevir Dövlət Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

2021-ci ilin 6 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirin qonağı 44 günlük Vətən Müharibəsində şəhid olmuş MDU-nun məzunu Əzəmi Hüseynovun anası Sayad Hüseynova olub. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbiri açan MDU-nun rektoru […]

UNEC: Emerald bazası oxucular üçün açıq olacaq  

Xarici dillərdə kitab, jurnal, məqalə və sair ilə zəngin Emerald bazası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) oxucuları üçün aprelin 3-dək açıq olacaq.   Bu barədə Mektebgushesi.az -a UNEC-dən məlumat verilib. Bildirilib ki, bazada maliyyə, biznes və menecment, insan resursları, kitabxana, marketinq, turizm və otelçilik sahələri ilə bağlı 7 e-kitab kolleksiyası, 213 jurnal, 10400-dən çox elmi məqalə […]

ADNSU-da doktoranturaya qəbul imtahanında 6 universitetdən 125 iddiaçı iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  2 gün davam edən doktoranturaya qəbul imtahanı uğurla başa çatıb. Fəlsəfə fənnindən keçirilən imtahanda Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən,  ADNSU ilə yanaşı, 5 ali təhsil müəssisəsindən – Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən ümumilikdə 142 […]

ADPU-da yeni “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr”“ şöbəsi yaradılıb  

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) müəyyən struktur təkmilləşdirilmələri aparılıb. Mektebgushesi.az  xəbər verir ki, bu barədə universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev məlumat verib. O qeyd edib ki, ADPU-nun “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi ləğv edilərək “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinə birləşdirilib və yeni yaradılan şöbə “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsi adlandırılıb. Yeni […]

Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

Naxçıvan Müəllimlər İnstitutunda “Məktəb psixoloqunun valideynlər və müəllimlər arasında apardığı psixoloji maarifləndirmə, psixoloji konsultasiya işinin xüsusiyyətləri” mövzusunda seminar keçirilib. Seminarda institutun Pedaqogika və psixologiya kafedrasının psixoloq müəllimləri və Naxçıvanın orta ümumtəhsil məktəblərindən 20 nəfər psixoloq iştirak edib. İnstitutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev bildirib ki, müasir dövrdə psixologiya elminin sahələri sürətlə inkişaf edir […]

Azərbaycan Diplomatik Akademiyasının yaranmasından 15 il ötür

Bu gün Azərbaycan Diplomatik Akademiyasının yaranmasından 15 il ötür. Mektebgushesi.az-ın məlumatına görə, universitet 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində ali təhsil müəssisəsi olaraq Azərbaycan Diplomatik Akademiyası adı altında yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli sərəncamı ilə Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb. […]

Gömrük Akademiyası “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə beynəlxalq sertifikata layiq görülüb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) təhsildə və idarəetmədə keyfiyyət standartının yüksəldilməsi ilə bağlı növbəti uğura imza atıb. Akademiyadan Mektebgushesi.az –a bildirilib ki, Türk Standartları İnstitutu (TSE) tərəfindən “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülən DGKA Azərbaycanda bu statusu alan 3-cü ali təhsil müəssisəsidir. İki il öncə DGKA ilə Türk […]

AzTU-da “Azərbaycan qadını – həyatın əbədi gözəlliyi” mövzusunda onlayn tədbir keçirilib

  Azərbaycan Texniki Universitetində (AzTU) 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan qadını – həyatın əbədi gözəlliyi” mövzusunda onlayn tədbir keçirilib. AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Vilayət Vəliyev Azərbaycanda dövlətin qadınlara göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, pedaqoji kollektivin üzvü olan qadınlar bu gün universitetin ictimai həyatında fəal iştirak edir, […]

Pedaqoji Universitetin Elmi Şurasının növbəti iclası keçirilib

  Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. Onlayn formada Microsoft Teams platforması vasitəsilə təşkil edilən iclası giriş sözü ilə açan universitetin rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov gündəlikdəki məsələləri şura üzvlərinin diqqətinə çatdıraraq ötən dövr ərzində pandemiya şəraitində tədrisin təşkili və tələbələrin ictimai-sosial aktivliyi, inzibati idarəetmə sahəsindəki fəaliyyətlər, […]

AzTU-da “Azərbaycan qadını – həyatın əbədi gözəlliyi” mövzusunda tədbir – FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan qadını – həyatın əbədi gözəlliyi” mövzusunda onlayn tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə çıxış edən rektor Vilayət Vəliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıb. Rektor Azərbaycanda dövlətin qadınlara göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, pedaqoji kollektivin üzvü olan qadınlar […]