Mektebgushesi

İmtahandan intihara aparan yol

Bu gün 17 yaşlı qız müstəqil həyatın astanasına qədəm qoymamış intihar edib. İlkin ehtimallara görə, səbəb imtahanlardakı zəif nəticə olub. İndi bir çoxları onun valideynini ittiham edəcək, “yəqin evdə çox təzyiq göstəriblər” deyəcək. Bunun nə dərəcədə həqiqət olduğunu deyə bilmərəm. Amma bir şeyi dəqiq bilirəm ki, cəmiyyətin təqsiri heç də az deyil. Bunu təcrübə əsasında […]

Şahin Seyidzadə: “Qəbul edilən Protokol peşə təhsilində ilk dəfə ikili diplom əldə edilməsi imkanı yaradacaq”

  Milli Məclisin 50 saylı Abşeron-Qobustan seçi dairəsi üzrə deputatı, Elm və təhsil komitəsinin üzvü, “Ali təhsil haqqında” Qanun layihəsini hazırlayan işçi qrupun üzvü Şahin Seyidzadə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” barədə fikirlərini bölüşüb. “Bildiyiniz kimi Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 2021-ci il tarixli növbədənkənar […]

Nadir İsrafilov: “Təki, bütün oğurluq hadisələri, digər ehtiyaclardan deyil, kitaba olan təlabatdan baş verəydi…”

Bir neçə gündür ki, kitab mağazalarından birindən 2 ədəd kitab oğurladığına görə, iki paytaxt sakininin polis əməkdaşları tərəfindən saxlanılması sosial və yazılı mediada müzakirə olunan əsas manşet mövzulardan birinə çevrilib. Bir çox sosial şəbəkə istifadəçiləri gəncləri müdafiə edərək, 2 ədəd kitab oğurluğuna görə onların saxlanılmasını qətiyyətlə pisləyirlər. Kimin nə kimi münasibətindən asılı olmayaraq, məsələyə hüquqi […]

Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranması tarixindən

100 yaşlı universitetin yaradılması və ilk illərdəki inkişafında Nəriman Nərimanovun rolu Azərbaycanda ali pedaqoji təhsilin inkişafında,  pedaqoji  və elmi-pedaqoji kadr hazırlığında zəngin ənənələrə malik  olan ADPU-nun fəaliyyətə başlamasından 100 il keçir. Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun 1921-ci il 26 avqust tarixli 66 saylı dekreti əsasında yaradılan ADPU olduqca çətin, mürəkkəb və şərəfli bir yol […]

Nadir İsrafilov: Yeni çağırışlara hazır olmalıyıq – bu zamanın reallığıdır

Belə bir müdrik deyim var: “Zaman, daha ağıllı, yetkin və mükəmməl olmağımız üçün bizə verilən qiymətli bir hədiyyədir.” Kənd həyatı ilə bağlı 5 illik müəllimlik fəaliyyətim mənə çox şey öyrədib. O vaxt ilk dəfə sinfə girəndə dərs dediyim şagirdlərlə yaş fərqimiz təkrar sinifdə saxlanılan “ikiillikləri” də nəzərə alsaq, cəmi 2-3 il idi. 1, 5 stavka […]

“Magistr olmaq istəyən yüzlərlə gənc var ki, 50 manata görə bu arzusunu qəlbində dəfn edir…”

  Azərbaycanda təhsil sferasını araşdırarkən məlum olur ki, çox vaxt gənclərin əksəriyyəti ilkin bakalavr təhsilindən sonra magistr pilləsini xarici ölkələrdə və əsasən də Türkiyədə oxumağa üstünlük verirlər. Burasa sual yaranır: bəs, görəsən onları belə qərara gəlməyə vadar edən nədir amillər nələrdən ibarətdir? Əlbəttə ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da təhsilin inkişafına, keyfiyyətinin artırılmasına […]

“Təhsilsiz uşaq itirilmış uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir“

Məlum olduğu kimi, 1989-cu il noyabrın 20-də BMT-nin Uşaq Hüquqları Konvensiyası qəbul edildi. Bu konvensiya uşaqların hüquqlarının qorunması sahəsində ən mükəmməl beynəlxalq sənəddir. Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan da bu ölkələr sırasındadır. Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub. Dövlətimiz bu konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün hər cür şərait yaradır. 1993-cü ildən sonra sözügedən sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatların aparılmasında da özünü göstərib. Azərbaycan Respublikasının “Uşaq hüquqları […]

Dildə bir, düşüncədə bir, təhsildə bir

Əvvəl evin içi        Son vaxtlar ölkə daxilində universitetlərarası əməkdaşlıq müqavilələrinin imzalanması, tədris və elmi fəaliyyət sahəsində səviyyələri bir- birindən fərqli olan Universitetlər arasında anlaşma memorandumlarının imzalanması kimi mərasimlərin şahidi oluruq. Bəzən bu anlaşmalar güclü və zəif universitet arsında olur. Bu anlaşmada əsas qazananlar, zənnimcə zəif universitetlər olacaq. Belə ki, zəif universitetin güclü […]

Nadir İsrafilov: “Yay məktəbinin təşkili nəinki lazımdır, hətta vacibdir.”

Hesab edirəm ki, yay məktəbinin təşkili ilə bağlı keçirilməli olan sorğunun nəticələrindən asılı olmayaraq belə məktəbin təşkili nəinki lazımdır, hətta vacibdir. Ekspertin söslərinə görə  uzun müddətli pandemiya belə bir addımın atılmasını xüsusilə aktuallaşdırıb. Məktəbin ödənişsiz və könüllü əsasda təşkil olunması isə yəqin ki, çoxlarının ürəyincə olacaq. Kim istəməz ki, belə bir imkanın yaradılmasından lazımınca yararlanmasın […]

Nadir İsrafilov: Təhsildə varisliyi və fasiləsizliyi təmin etmək hər birimizin vətəndaşlıq borcudur…

“Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır.” İlham Əliyev Təhsil  tariximizin müəyyən zaman kəsiyində ən yolverilməz və bağışlanılmaz səhvlərimizdən biri o olub ki, unutqanlıq göstərərək, təhsil sahəsində qazandıqlarımıza siyasi ambisiyalar baxımımdan yanaşaraq, təhsilimizin böyük bir dövrünün nailiyyətlərinə qısqanclıqla yanaşmış, digər sonrakı dövrün uğurlarına isə kölgə salmağa cəhdlər göstərmişik. İstər-istəməz, öz-özünə düşünürsən. […]

Bir kərə yüksələn bayrağımızı heç vaxt enməyə qoymayacağıq! 

  Bu gün hər birimizin şərəf və qürur tariximiz olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ili tamam olur. Hazırda Azərbaycanda və dünyanın bir çox xarici ölkələrində 28 May-Respublika Günü münasibətilə müxtəlif tədbirlər həyata keçirilir. Əlbəttə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatında böyük tarixi hadisə olmaqla yanaşı, həm də bizim dünya xalqları […]

Tarixi qələbəmiz Ermənistanın işğalçı siyasətinə son qoydu

Azərbaycan xalqı aborigen xalq olaraq tarixin minillik keçmişindən bu günə gəlib çıxan böyük dövlətçilik ənənəsinə malik qədim xalqdır. 1828-ci ildə Rusiya- Qacar müharibəsinin nəticəsi olaraq Azərbaycanın şimal hissəsi rus imperiyasına verildi. Həmin dövrdə “Türkmənçay” sülh müqaviləsinin tələblərinə görə Livanda, Suriyada, Osmanlıda, İranda yaşayan ermənilərin Azərbaycanın ən şəfalı yerlərinə – Qarabağa, Zəngəzura, Göyçəyə, İrəvana köçürülməsinə başlandı. […]

Azərbaycan Xalq Cümhuriyyətində təhsil

«İstiqlalımız, istiqbalımız həp maarifə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim iiçün fəlah və nicat ümidi qalmaz. Hökumət bıınu bilir…» Nəsib bəy Yusifbəyli, IV hökumət kabinetinin proqramından Bu gün yaranmasından 103 il keçən Azərbaycan Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddətdə xalqın təhsili sahəsində həyata keçirdiyi misilsiz işlərə müxtəsər halda bu yazımızda nəzər salmaq və […]

Nadir İsrafilov: “Valideyn üçün günüuzadılmış qruplar açılmasından xoş müjdə nə ola bilər…?”

“Şagirdlər məktəbdə olanda özlərini daha arxayın və rahat hesab edəcəklər”. Bu sözləri  Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. O, günuzadılmış qrupların fəaliyyətindən söz açıb: Belə ki, Azərbaycanda “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası” təsdiqlənib. Bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Qərarın surəti artıq ümumi təhsil müəssisələrinə göndərilib. “Qərara […]

“Bundan sonra da ümumi təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı yeni vəsaitlər hazırlanacağına əminlik bildirirəm…”

  Təqdirəlayiq haldır ki son illər məktəb rəhbərlərinə, müəllimlərə kömək və dəstək məqsədilə müxtəlif layihələr həyata keçirilir, Müsabiqələr, təlimlər, seminarlar, vebinarlar, təşkil olunur, beynəlxalq təcrübəni əks etdirən müxtəlif tematik kitablar tərcümə olunaraq pedaqoji ictimaiyyətin ixtiyarına verilir. Belə kitablrdan biri də “Zəka Print Yayımları” tərəfindən tərcümə edilərək, nəşr olunan, məktəb rəhbərləri üçün dəyərli mənbə, stolüstü kitaba […]