Mektebgushesi

Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar ayrıca saxlanılacaq

Bu gün səhər saatlarından etibarən xüsusi qrup Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların çıxarılması üçün işə başlayıb. Mektebgushesi.az  Virtualaz.org-a istinadən xəbər verir ki, qrup tərəfindən bu gün həmin qalıqlar qazılaraq çıxarılıb, onların arasından Müşfiqə aid olduğu qalıqlar ayrılıb. Fotodan da göründüyü kimi skeletin baş sümüyündə iki güllə yeri […]

Gürcüstan məktəblərində üzərində vurma cədvəli olan peçenye

Bir çox hallarda uşaqlara mənfi təsir edən oyuncaqlar, məktəb ləvazimatları satılır. Gürcüstanda üzərində vurma cədvəli olan peçenye isə bu “ənənə”ni pozub. Belə məhsulların uşaq psixologiyasına və təhsil uğurlarına necə təsir göstərəcəyini araşdırmaq istədik: “İnsanın beyni və psixologiyası xatirələrlə işləyir.Daha doğrusu, yaddaş hadisəni hisslərlə kodlaşdır.Bu proses beynin amiglada bölməsində kodlanır.Tədris prosesində isə bu proses, şagirdin xoş […]

Müəllimə anatomiya dərsində soyunub uşaqlara öz orqanlarını göstərdi

Pedaqoq stolun üstünə çıxıb üst paltarlarını soyunub. Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Hollandiyada müəllimə Debbi Xerens məktəblilər üçün qeyri-adi anatomiya dərsi keçib. O öz bədənini nümayiş etdirməklə insan bədəninin quruluşunu göstərməyi qərara alıb.  Xülasə, fikirləşməyin ki, müəllimə anadan gəlmə vəziyyətdə dərs izah edib. Üst paltarını soyunandan sonra müəllimə insan əzələlərinin təsvir olduğu kostyumda […]

“XI əsrin ən böyük azərbaycanlısı”- Xətib Təbrizi

Kitabları daim tər qoxuyan möcüzəvi alim  Akademik Həmid Araslının fikrincə,  XI əsrin ən böyük azərbaycanlısı,  şair, xətta xətib Təbrizidir. O, Təbrizdə anadan oldu. Lakin ömrü qürbətdə keçdi. 1109-cü ildə Bağdadda ürək tutmasından vəfat edən şairin məzarı ərəb paytaxtının “Bab Avraz” qəbristanındadır. Xətib daha dəqiq desək, 1030-cu ildə Təbriz şəhərində doğulub.  Elə lap uşaq yaşlarından öz […]

Ayın teleskopla müşahidəsi təşkil olunacaq

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası oktyabrın 20-də Beynəlxalq Ay Müşahidəsi Günü çərçivəsində (hava şəraiti əlverişli olarsa) hər kəsi Rəsədxanaya Ayı teleskopla müşahidə etməyə dəvət edir. Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Qeyd edilib ki, 2010-cu ildən başlayaraq hər il dünyada Beynəlxalq Ay Müşahidəsi Günü qeyd olunur. Məqsəd hər il bir gün Yer […]

Azərbaycan televiziyalarında ədəbi dil normalarını pozan ifaçıların adları açıqlanıb 

“İfaçıların nitqində ədəbi dil normasının qorunması, dil mənzərəsini müəyyən etmək üçün monitorinq apardıq. Şahidi olduq ki, həqiqətən də müəyyən səhvlərlə müşahidə edilən nitq daha çətin və gec dərk edilir”. Mektebgushesi.az -ın məlumatına görə, “Report” xəbər verir ki, bunu Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət QaziyevA “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda tədbirdə […]

“Qarabağ şivələrinin lüğət tərkibi” tələbələrin təşəbbüsü ilə hazırlanıb

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri ilk dəfə olaraq “Azərbaycan dilinin Qarabağ şivələrinin lüğət tərkibi” adlı elmi kitab hazırlayıb. Mektebgushesi.az – ın məlumatına görə,  “Report”un Şirvan bürosu xəbər verir ki, kitabı Universitetin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri hazırlayıb. “Azərbaycan dilinin Qarabağ şivələrinin lüğət tərkibi” adlanan elmi araşdırmalar toplusunun ilk nüsxəsi işıq üzü […]

Alimlər qoxu və stress sensorları  yaratdı

Tokioda 16-19 oktyabr tarixləri arasında təşkil edilən “CEATEC 2018” texnolji sərgisində sensor texnologiyasının inkişafı gözlər önünə sərildi. İstehsalçılar stress səviyyələrini, ruh halını, duruşu, performansı və hətta qoxunu ölçəbilən ən son texnologiyaya sahib sensorları tanıtdı. AzEdu.az xəbər verir ki,  elektronika nəhəngi “Panasonic”, bir insanın oturma mövqeyini, nə qədər tərlədiyini, stress səviyyəsini və üz ifadələrini analiz edə […]

ABŞ alimlərinin hazırladığı neyron şəbəkə ciddi xəstəlikləri proqnozlaşdırır

ABŞ-ın Miçiqan Universitetinin alimlərinin hazırladığı neyron şəbəkə DNT-yə görə insanların boyunu dəqiqliklə proqnozlaşdırır və potensial riskli ciddi xəstəlikləri (ürək xəstəlikləri, xərçəng) qiymətləndirir. Kompüter alqoritmi ilk dəfə boy, sümüklərin sıxlığı və insanın nail ola biləcəyi təhsil səviyyəsi kimi keyfiyyətləri proqnozlaşdırmağa çalışır. Bunların müəyyənləşdirilməsi üçün neyroşəbəkə yalnız genoma əsaslanır. Böyük Britaniyanın “UK Biobank” DNT bazasının – səhiyyə […]

Tələbələr üçün yeni  telefon modeli

Tayvanlı istehsalçı rəsmi Sosial Media hesabları vasitəsilə “HTC Exodus”un tanıtım tarixini açıqladı.  Mektebgushesi.az xəbər verir ki, smartfon bazarında əsas adlardan biri olan HTC çətin anlar yaşayır. Tayvan istehsalçısı son bir neçə il ərzində mövcud müştəri bazasının əhəmiyyətli bir hissəsini itirib. 2014-cü ildə “HTC One M8” modeli böyük bir müvəffəqiyyətə imza atıb. Hətta 2014-cü il üçün HTC-nin zirvə […]

Tibbə dair əlyazmalar kataloqu nəşr olunub

“Avropa” nəşriyyatında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan tibbə dair əlyazmaların kataloqu çapdan çıxmışdır. Kataloqu Əlyazmalar İnstitutunun elmi işçiləri Zemfira Məmmədova və Elnurə Babayeva tərtib etmişlər. Əlyazmalar inistitutundan Mektebgushesi.az -a verilən məlumata görə, onlar kitaba daxil olan ərəb, fars, türk və Azərbaycan dillərindəki əlyazmaların təsvirlərinin müəlifidirlər. Kitabın elmi redaktorları fil.ü.e.d. Paşa Kərimov və t.ü.e.d., prof. Fərid […]

Asteroidin səthində inanılmaz kəşf – Alimlər təəccübləndi 

Ryuqyu asteroidinin səthində çəkilən ilk görüntülər və toplanan məlumatlar yeni faktlar üzə çıxarıb. Məlumatlara əsasən, səma cisminin səthində tozun miqdarı çox azdır və bu da alimlər üçün müəmma olaraq qalıb. “Asteroidin səthi gözlədiyimizdən də qəribə çıxdı. Ən qəribəsi odur ki, biz asteroidin səthində reqolit yığınına rast gəlmədik. Məntiqlə götürsək, kosmik eroziya böyük toz yığını yaratmalı […]

Azərbaycanda 8 ayda 40 minə yaxın insan dünyasını dəyişib

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 39496 ölüm halı qeydə alınıb. Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə 6 ölüm halı olub. Bu il ərzində 90523 körpə doğulub. Ümumilikdə ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatıb. Mektebgushesi.az

Cümhuriyyət dövründə orta məktəblər tikilibmi?

1918-ci il mayın 28-də müstəqilliyi elan olunan  Azərbaycan Cümhuriyyəti Şərqin ilk demokratik dövləti kimi tarixə düşüb. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət hökumətinin Azərbaycan dövlətçilik tarixində əsaslı və uğurlu xidmətləri olub. O cümlədən, təhsil sahəsi hər zaman diqqət mərkəzində saxlanılıb. Maraqlıdır, Azərbaycan Cümhuriyyəti dövründə hansı məktəblər tikilib? Həmin məktəblərin aqibəti necə olub? BDU-nun dosenti, publisist […]

1 milyon 250 min dollara satılan əsər öz-özünə parçalandı

  Məşhur küçə rəssamı Benksinin “Qırmızı şarlı qız” adlı əsəri Londonun “Sotheby” muzeyində 1 milyon 250 min dollara satışa çıxardılıb. Satış tamamlanan kimi əsər özünü parçalara ayırıb. Benksinin bu müəmmalı əsəri satılan kimi çərçivənin içərisindəki kağız öz-özünü yox edib. Publika.az xəbər verir ki, auksion vaxtı satılan əsər çəkicin səsindən kiçik parçalara bölünməyə başlayıb. Hər kəs heyrətdən […]