Mektebgushesi

Peşə təhsili alan qadınların sayı açıqlanıb

2023-2024-cü tədris ilində peşə təhsili alan qadınların sayı 6 931 nəfər təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə 10 % artım deməkdir. Mektebgushesi.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib. Onun sözlərinə görə, bu göstəricidə artım olsa da, hədəflənən rəqəmdən azdır. C.Kərəmov qeyd edib ki, […]

Ceyhun Kərəmov: “Peşə təhsili müəssisələrinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulur”

“Yaxın gələcəkdə peşə təhsili müəssisələrinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulur”. Mektebgushesi.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib. Onun sözlərinə görə, məktəb və işəgötürən arasında əməkdaşlıq olmalıdır: “Peşə təhsilində özəl sektorun iştirakı üçün imkanlar yaradılmalıdır. Yaxın zamanda Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi üçün təkliflə çıxış edəcəyik. […]

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanıb

  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, memorandumda tərəflər arasında müəyyənləşdirilmiş istiqamətlər üzrə təhsil məhsullarını (innovasiyalar, peşə təhsili üzrə fənn proqramları, tövsiyələr, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) birgə hazırlamaq, elmi-tədqiqat, təcrübə-konstruktor işlərini, sınaqları birgə […]

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyə şirkətləri arasında əməkdaşlıq genişlənir

  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin turizm və inşaat sektorlarında fəaliyyət göstərən şirkətləri arasında əməkdaşlıq istiqamətində görüş keçirilib. Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Türkiyənin “ASA HRM Danışmanlık” şirkətinin rəhbərliyi əvvəlcə Mərkəzin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub. Mərkəzdə keçirilən görüş zamanı əməkdaşlıq imkanları istiqamətində geniş müzakirələr aparılıb. Bildirilib ki, bu […]

Peşə təhsilinin inkişafında əhalinin məşğulluğu əsas hədəflərdəndir

  Yüksək texnologiyalar sahəsində hər zaman inkişaf var. Lakin sırf bu peşə yönünə köklənmək də doğru olmaz. Misal olaraq, kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər. Mektebgushesi.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda deyib. O […]

Peşə ixtisasları üzrə növbəti qiymətləndirilmə həyata keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü, “Di studio” və “She Nail studio” gözəllik mərkəzlərinin təşkilati dəstəyi ilə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların bərbər və bərbər-vizajist-manikürçü peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib. Bu barədə Mektebgushesi.az-a Agentlikdən məlumat verilib. Bildirilib ki, “Di studio” və “She Nail studio” […]

Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqını dövlət ödəyəcək

  Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Mektebgushesi.az xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları […]

Milli Məclisin Elm və təhsil komitəsi “Peşə təhsili haqqında” Qanunu müzakirə edib

Oktyabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda növbəti iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev gündəliyə üç məsələnin daxil edildiyini bildirib. B.Əliyev “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci və ikinci oxunuşda müzakirələri zamanı heç bir əlavə və təklifin daxil olmadığını […]

Müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək

Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Mektebgushesi.az xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə […]

Dual peşə təhsili üzrə 872 tələbə təhsil alır

  2023-2024-cü tədris ili üzrə dual peşə təhsilinin əhatə dairəsi açıqlanıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Mektebgushesi.az -a bildirilib ki, dual peşə təhsili Bakı, Sumqayıt, İsmayıllı, Kürdəmir, Qəbələ, Şəki, Qax, Gəncə, Göygöl, Neftçala, Cəlilabad və Lənkəranda tədris edilir. İyirmi peşə təhsili mərkəzində proqram üzrə 48 qrupda 872 tələbə təhsil alır. Dual peşə təhsili turizm, xidmət, […]

Peşə təmayüllü siniflərin sayının 15 faizə çatdırılması nəzərdə tutulub

  2023–2024-cü tədris ilindən 116 yeni məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb. Hazırda bu siniflərin sayı 232-yə çatmaqla 196 məktəbdə 3 500-dən çox şagirdi əhatə edir. 2026-cı ilədək peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin sayının 15 faizə çatdırılması nəzərdə tutulub. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Peşə təmayüllü siniflərdə […]

Peşə məktəblərində oxuyan bəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək

Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Mektebgushesi.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları […]

Peşə məktəblərinə tələbə qəbulunun apellyasiya mərhələsi başlayıb

  Peşə təhsil müəssisələrinə tələbə qəbulunun apellyasiya mərhələsi başlayır. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Müraciətlər portal.edu.az saytı vasitəsilə aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir: 1. Şəxsi kabinetə daxil olunur; 2. “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir; 3. “Müraciət et” bölməsinə daxil olunur; 4. Şəxsi məlumatlar daxil edilir; 5. Əvvəlki təhsil […]

Peşə məktəblərinə qəbulun II mərhələsi üzrə müsabiqədən keçənlərin sabahdan qeydiyyatı başlanır

  Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Bu barədə  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. Tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçənlər sentyabrın 7–11-də aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə məktəbinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər: •attestatın əsli; […]