Mektebgushesi

AzTU tarixində ilk: qadın namizəd dekan seçildi

Azərbaycan Texniki Universitetində (AzTU) dekabrın 1-dən başlayan dekan seçkisi davam edir. Bu gün daha bir fakültənin dekanı məlum olub. Seçkinin nəticələrinə görə, Əzizova Lalə Əlisəttar qızı “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin dekanı seçilib. Qadın namizədin dekan seçilməsi AzTU tarixində bir ilkdir. Qeyd edək ki, Lalə Əzizova 1968-ci ildə Bakıda anadan olub. 1986-1991–ci illərdə Azərbaycan Neft […]

“Sabahımız naminə narkomaniyaya yox deyək”

Bu gün Bakı Avrasiya Universitetində Azərbaycan Prezidentinin 15 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində “Sabahımız naminə narkomaniyaya yox deyək” adlı  tədbir keçirilib. Mektebgushesi.az– ın “Qafqazinfo”- ya istinadən məlumatına görə, tədbiri giriş sözü ilə açan rektorun köməkçisi Şəfayət Əliyev əsrimizin bəlasına çevrilmiş narkomaniya ilə mübarizədə hər birimizin  […]

Xəzər Universitetində tədbir: Qış festivalı və Çin mətbəxi

Dekabrın 16-da Xəzər Universitetinin və Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Qış festivalı və Çin mətbəxi” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Çinin dünya mədəniyyətindəki tarixi rolu, onun son dövrlərdə dünya iqtisadiyyatının aparıcı güclərindən birinə çevrilməsindən, Çin […]

Kənd məktəbində “Zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilib

Ağdaş rayon Ovculu kənd ümumi orta məktəbin müəllimi Aygün Əhmədovanın təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək! ” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə məktəbin VIII və IX sinif şagirdləri iştirak etmişlər. Şagirdlərə zərərli vərdişlər haqqında məlumat verilib. Çıxış edənlər bildiriblər ki, zərərli vərdişlər, asılılıqlar, aludəçiliklər insan beynində yara kimidir. Onların müalicəsi aparılmadıqca, o yara sağaldılmadıqca hansısa […]

Xəzər Universitetində “ATL Tech” şirkətinin nümayəndələri ilə görüş

Xəzər Universitetində “ATL Tech” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, İnsan resursları üzrə aparıcı mütəxəssis Vəfa Şahgəldiyevaya təmsil etdiyi şirkətin layihələri barədə görüş iştirakçılarına məlumat verib. O qeyd edib ki, “ATL Academy” layihəsi çərçivəsində tələbələr üçün 3 aylıq təcrübə keçirilir. Təcrübə proqramında tələbələr ictimaiyyətlə əlaqələr, layihələrin idarə olunması və sosial iş […]

BDU alimi beynəlxalq konfransda

Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin əməkdaşı İsfəndiyar Ağayev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının təşəbbüsü ilə yaradılan “MDB Təhlükəsizlik Problemləri İnstitutu”nun (Институт Проблем Безопасности СНГ) təşkil etdiyi və «MDB-də siyasi və iqtisadi inteqrasiyanın yeni səviyyəsinin formatları: MDB üzv-iştirakçı dövlətlərin təhlükəsizliyinin təmin edilməsi kontekstində Avrasiya əməkdaşlığı və infrastruktur sərmayələrinin genişləndirilməsi» mövzusunda keçirilən 3-cü beynəlxalq elmi-praktiki konfransda məruzə […]

Şirvan Dövlət Kollecində “Nəsimi 650 ” il münasibətilə “Məndə sıgar iki cahan”adlı gecə keçirilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Nəsimi 650 ” il münasibətilə “Məndə sıgar iki cahan”adlı ədəbi, bədii, musiqili gecə keçirilib . Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədovanın təşəbbüsü , Sevda Həsənova , Nəminə Məhərrəmova , Tamella Kazımova və Rasim Xəlilovun birgə təşkilatçılıgı ilə keçirilən tədbirə şəhər ictimaiyyətinin nümayəndələri, müəllimlər və tələbələr dəvət olunmuşdular. Aidə […]

Turizm və Menecment Universitetinin əməkdaşı beynəlxalq konfransda məruzə edib

Rusiya Federasiyasının Povoljski Dövlət Texnologiya Universitetində “İnsan və cəmiyyət qlobal transformasiyalar çağrışı qarşısında” mövzusunda elmi konfrans keçirilib. Fəlsəfə, sosial, iqtisadi, pedaqoji, mexanika, informasiya texnologiyaları, inşaat, ekologiya və s. sahələri əhatə edən aktual məsələlərin qloballaşma kontekstində analitik təhlilinə və müzakirəsinə həm xarici, həm də Rusiyanın nüfuzlu universitetlərindən onlarla alim, aspirant, magistrant qatılıb. Azərbaycan Turizm və Menecment […]

SDU-da ənənəvi olaraq “Açıq qapı günü” keçirilib

Dekabrın13-də Sumqayıt Dövlət Universitetində ənənəvi “Açıq qapı günü” keçirildi. SDU-nun rəsmi internet portalında əvvəlcədən yerləşdirilmiş elana uyğun olaraq, “Açıq qapı günü”ndə universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, təhsil alan tələbələrin valideynləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak etdilər.Mektebgushesi.az universitetin rəsmi səhifəsinə istinadən xəbər veri ki, humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov […]

ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib

Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU)” “Bir günlük xəlifə” layihəsi çərçivəsində universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib. Əsasını Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı Kamal Abdullanın qoyduğu “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. […]

“Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyi tərəfindən layihə həyata keçirilib

Cari ilin 3-11 dekabr tarixlərində Qəbələ, Bakı  və Şamaxı şəhərlərində  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə  “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyi tərəfindən “Sahibkarlığa doğru addımlar” layihəsi həyata keçirilmişdir.          Layihənin məqsədi fərdi biznes fəaliyyətinə maraq göstərən gənclərin sahibkarlıq biliklərinin artırılmasına həvəsləndirilməsi, gənc sahibkarların biznesin təşkili və idarə edilməsi bacarıqlarına yiyələnməsi, bu səhədə yerli və beynəlxalq iş […]

Lənkəran Dövlət Humanitar Kollecində açıq dərs keçirilib

Lənkəran Dövlət Humanitar Kollecində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xüsusi mühazirə keçirilib. 12 dekabr 2019-cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin “Tarix və ictimai elmlər” FBK-nın müəllimi Nadir Axundovun “Muzey işi və abidələrin mühafizəsi” ixtisasının III kurs tələbələrinə açıq dərsi keçirildi. Dərs Ulu öndərin anım gününə həsr olundu. Açıq dərsdə aktiv […]

Ədəbiyyat İnstitutunda Seyid Nəsimi aqlı elmi seminar keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hürufizmin tanınmış tədqiqatçılarından olan professor Fatih Usluerin “Hürufi qaynaqlarında Seyid Nəsimi” mövzusunda elmi seminarı . İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, tədbiri giriş sözü ilə elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı açaraq “Ey Nəsimi, cahanı tutdu sözün…” II beynəlxalq elmi konfransının tərkib hissəsi olan […]

Səfir Naxçıvan Dövlət Universitetində olub

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi Naxçıvana rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub. Universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev Azərbaycan-Macarıstan münasibətlərinin bütün sahələrdə, o cümlədən  elm və təhsildə uğurla inkişaf etdiyini bildirib. Rektor məlumat verib ki, universitetdə 10 ölkədən 800-ə yaxın tələbə ali təhsil alır.  Rəhbərlik etdiyi ali məktəblə Macarıstan universitetləri arasında […]

Agdaş rayonu M.Seyxzadə adina THT təmayüllü gimnaziyasında Heydər Əliyevin “Anim Gunu” keçirilib

Bu gun Agdaş rayonu M. Şeyxzadə adina THT təmayüllü internat tipli gimnaziyada Umummilli lider H. Əliyevin “Anim Günü”ilə əlaqədar tədbir keçirilib. Tədbiri 7a sinfinin rəhbəri C.Ləman təskil etmisdir. Ulu öndərin  həyat yolu, siyasi fəaliyyəti barədə geniş məlumat verildi. Şagirdlər H.Eliyəvə həsr olunmuş şeirlər və mahnilar səsləndirdilər. Onun dillər əzbərinə cevrilən kəlamlari şagirdlər tərəfindən səsləndirildi. Sonda […]