Mektebgushesi

ADU-da Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub

Yanvarın 17-də Azərbaycan Dillər Universitetində “525-ci qəzet”in təşkil etdiyi, 20 Yanvar şəhidi şair Ülvi Bünyadzadənin 50 illiyinə həsr olunan vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib. ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, 20 Yanvar şəhidi, həmçinin universitetimizin tələbəsi olmuş Ülvi Bünyadzadənin şəhidlik zirvəsinə qalxan ömür yolundan bəhs edib. […]

AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 saylı korpusunda torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş universitetin tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr olunmuş memorial xatirə kompleksi – “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə 20 yanvar faciəsində, ümumiyyətlə Qarabağ müharibəsində, Aprel döyüşlərində […]

UNEC-də tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi ilə bağlı tədbirlərə start verilib. İlk tədbir görkəmli alim, tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyinə həsr olunb. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti ilə yanaşı, alimin ailə üzvləri, tələbələri və yaxınları da iştirak ediblər. Rektor Ədalət Muradov bu il Azərbaycan Dövlət […]

BSU-da “Azərbaycan həqiqətləri” adlı tədbir keçirilib

Qarşıdan 20 Yanvar-Ümumxalq Hüzn Günü gəlir. Azərbaycan Respublkasının Prezidenti İlham Əliyev 2019-cu il dekabr ayının 13-də 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb. Qeyd etmək lazımdır ki, böyük tarixi-siyasi əhəmiyyət kəsb edən həmin Sərəncamda 20 Yanvar faciəsinə geniş, hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verilib, faciənin səbəb və nəticələri, xalqımızın milli azadlıq və müstəqil dövlət […]

Hikmət Şikarov: Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır

Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci ili Könüllülər ili elan etməsi ilə əlaqədar olaraq 13 yanvar 2020-ci il tarixində Pirallahı RİH və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Pirallahı rayonunda tədbir keçirildi. V. Mustafazadə adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı […]

Müəllim və valideynlərin müraciətləri dinləniləcək

Yanvarın 17-də müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. BŞTİ -dən Mektebgushesi.az -a bildirilib ki, paytaxtın 275 nömrəli tam orta məktəbində (Ünvan: Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivi) Suraxanı və Xətai rayonları üzrə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları […]

“Yüksəliş” müsabiqəsi ilə bağlı təlim keçirilib

Yanvar 13-də 1 saylı “ASAN xidmət” mərkəzində “Yüksəliş” İctimai Birliyinin nümayəndələri tərəfindən onlayn təlim keçirilib. Təlimin məqsədi “ASAN xidmət” əməkdaşları və könüllülərini “Yüksəliş” müsabiqəsinin təbliği və qeydiyyat prosedurları haqqında məlumatlandırmaq, bu prosesdə onların fəal iştirakını təmin etməkdir. Təlimlərə “ASAN xidmət”in Bakı və Sumqayıt, o cümlədən 10 bölgədən olan əməkdaşları və könüllüləri qatılıb. Hər bölgədən 10-a […]

“Azərbaycan diasporu” elektron kitabxana layihəsinin təqdimatı keçirilib

Azərbaycan Pespublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan diasporu” elektron kitabxana layihəsinin təqdimatı keçirilib. Təqdimat mərasimində kitabxananın və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin Azərbaycan diasporu ilə bağlı tədqiqat aparan alimlər iştirak ediblər. Kitabxananın direktoru Mayıl Əhmədov yeni layihə haqqında məlumat verib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində çıxış edərək […]

AMEA -da “Nəsimi ili”nin yekunlarına həsr olunan tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi sessiya keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Nəsimiyə həsr edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasında “Nəsimi ili”nin […]

Xəzər Universitetinin əməkdaşı Almaniyanın Tübingen Universitetində mühazirə oxuyub

Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayev Almaniyanın Tübingen Universitetində Azərbaycanın xarici siyasəti mövzusunda mühazirə oxuyub. Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, seminarda “Azərbaycanın balanslaşdırılmış çoxvektorlu xarici siyasəti”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin regional təhlükəsizliyə təsirləri”, “Azərbaycanın regional və xarici aktorlarla ikitərəfli münasibətləri”, “Şərq Tərəfdaşlığı və Avropa İttifaqı-Azərbaycan münasibətləri”, “Azərbaycanın enerji siyasəti” və […]

“Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı məqalə qəbulunu davam etdirir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı növbəti ikinci nömrəsi üçün məqalə qəbulunu davam etdirir. MEK-dən AZƏRTAC-a bildirilib ki, jurnalın redaksiya heyətinə Azərbaycan və xarici kitabxana-informasiya mütəxəssisləri daxildir. Jurnalda dərc olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər: Kitabxana-informasiya elmi; Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst […]

AMEA-da “Nəsimi ili”nin yekunlarına dair elmi konfrans keçiriləcək

Yanvarın 13-də AMEA-da “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi konfrans keçiriləcək. AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfrans saat 11:00-da Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında reallaşacaq. Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş […]

Məktəblilərin AzTU-da bir günü

Bakının 165, 259, 275, 319 nömrəli tam orta məktəb şagirdləri ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin yanvarın 9-da Azərbaycan Texniki Universitetinə (AzTU) ilk infoturu təşkil edilib. Açıq qapı günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” adlı ekskursiyanın məqsədi ali texniki təhsilə marağı gücləndirməkdir. İnfotur iştirakçılarına AzTU-nun tarixi, karyera imkanları barədə […]

Polşalı alimlər Milli Azərbaycan Tarixi Muzeyində

Polşa Respublikasının Varşava Universitetinin tarix fakültəsinin əməkdaşları, professor Mixail Speydel və Karolina Traş Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olublar. Muzeydən Mektebgushesi.az-a bildiriblər ki, polşalı alimlər MATM-ın direktoru, akademik Nailə Vəlixanlı və elmi işlər üzrə direktor müavini, dosent Nərgiz Əliyeva ilə görüşüblər. Sonra qonaqlar muzeyin arxeologiya, numizmatika və epiqrafika elmi fond şöbələrində […]

Şamaxı Astrofizika Rəsədxanası Gaia OPTİCON konsorsiumunda iştirak imkanı qazanıb

Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri Nəriman İsmayılov İtaliyanın Siciliya əyalətinin Kataniya şəhərində elmi ezamiyyətdə olub. Ezamiyyətin məqsədi 10-cu beynəlxalq OPTİCON Gaia mitinqində iştirak etmək, həmin missiyada ŞAR-ın müşahidə cihazları və avadanlıqları haqqında geniş məlumat vermək, gələcəkdə Şamaxı Astrofizika Rəsədxanasının da bu konsorsiuma qoşulma perspektivini müzakirə etmək olub. Bu işgüzar tədbirə Avropanın aparıcı […]