Mektebgushesi

Sabiq məktəb direkoru həbs edilib

Mənimsəmə və rüşvət alma kimi cinayətlərdə təqsirləndirilən Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis Tağıyevə hökm oxunub. Mektebgushesi.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İngilis Tağıyevin məktəbin bir neçə müəllimini şantaj edərək rüşvət aldığı, məktəb üçün ayrılan vəsaitləri ələ keçirdiyi bildirilib. Bəlli olub ki, 2002-ci ildən 2022-ci ilədək məktəbə rəhbərlik etmiş İ.Tağıyev […]

Elm və təhsil naziri Emin Əmrullayev vətəndaşları qəbul edəcək

  Elm və təhsil naziri Emin Əmrullayev 17 may tarixində Masallı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər. Bu barədə nazirlikdən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, adları çəkilən rayonların sakinləri 10 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 […]

LDU-nun tələbələri Türkiyədə istehsalat təcrübəsindədir

  Lənkəran Dövlət Universitetinin (LDU)  “Baytarlıq” fakültəsinin “Baytarlıq” ixtisasının  V tədris ilinin 11 tələbəsi 27.02.2024-cü il tarixindən Türkiyənin Qafqaz (Qars) Universitetinə  3 ay müddətinə istehsalat təcrübəsi keçmək üçün göndərilib. Hal-hazırda tələbələrimiz qruplara ayrılaraq dörd fərqli sahədə – baytarlıq cərrahiyyəsi, süni mayalanma, yoluxmayan daxili xəstəliklər, mamalıq və ginekologiya sahələrində istehsalat təcrübəsində iştirak edirlər. Universitetdən Mektebgushesi.az-a verilən […]

ADPU-da intellektual yarış: Həmrəy olaq, bir olaq, bu dünyanı qoruyaq

  Aprelin 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə mərkəzin Məntiqi riyaziyyat dərnəyinin üzvləri arasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Həmrəy olaq, bir olaq, bu dünyanı qoruyaq” adlı intellektual yarış keçirilib. Yarışın keçirilməsində məqsəd şagirdlərdə yaşıl dünya üçün həmrəylik təfəkkürünün […]

Yayda keçiriləcək imtahanlarla bağlı YENİLİK

  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. “İştirakçılar nəzərə almalıdırlar […]

Milli tələbə müsabiqəsinin açılış mərasimi olub

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 300 tələbənin iştirakı ilə “Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib. Təhsilin İnkişafı Fondundan Mektebgushesi.az-a bildirilib ki, “Bir Könüllü” tələbə təşkilatının rəhbəri Leyla Zeynalova müsabiqə barədə ətraflı məlumat verib. Tədbirdə iştirak edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Gənclər Fondunun icraçı […]

Rezidenturaya qəbul imtahanı verəcək namizədlərin nəzərinə  

  Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi mayın 5-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər linkə daxil olub imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər […]

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? – FOTO

  Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında, teatrlarda, idman zallarında və sürücülük məktəblərində 10-15% civarında endirimlərdən yararlanırlar. Ölkənin bəzi universitetlərinin ərazilərində tələbələr […]

“Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbir keçiriləcək

Əziz müəllimlər, 4 may 2024-cü il, saat 10:00-da Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam orta məktəbdə konfransımız keçiriləcək. “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbirin məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdləri bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin […]

ADPU TGT “Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində film nümayişi keçirib

Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) Məktəbəqədər təhsil fakültəsi təşkilatının təşkilatçılığı ilə “Temple Grandin” filminin nümayişi baş tutub. “Dünya Autizm Maarifləndirmə ayı”na həsr olunmuş nümayişdə fakültənin tələbə və müəllimləri iştirak ediblər. ADPU TGT-nin Məktəbəqədər təhsil fakültəsi təşkilatının sədri Mehriban Hüseynovanın açılış nitqindən sonra autizm spektr pozuntusu mövzusunda çəkilmiş film haqqında […]

DİM-də TOEFL iBT imtahanı keçiriləcək

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. Mektebgushesi.az xəbər verir ki, imtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış […]

İlahiyyat İnstitutunun gənc məzunu vəfat etdi

Azərbaycanda İlahiyyat İnstitutunun keçmiş tələbəsi vəfat edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun təhsil göstəricilərinə görə fərqlənən gənc məzunu Günel Aslanova uzun sürən xəstəlikdən sonra vəfat edib.

Məktəb-icma münasibətləri media sahəsində çalışan valideynlərlə müzakirə olunub

“Ailəm və məktəbim” layihəsi çərçivəsində Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərlə görüş keçirilib. Layihə çərçivəsində müxtəlif peşə sahiblərindən olan valideynlərin dəvət olunduğu görüşə növbəti dəfə media sahəsində çalışan valideynlər qatılıblar. Görüşdə valideyn-məktəb münasibətləri, valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində iştirakının əhəmiyyəti, media savadlılığı, şagirdlərin peşə seçiminə dəstək, təhsil müəssisəsində baş verən hadisələrə media […]

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” I Respublika Forumu keçirilib  

Aprelin 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə psixoloji xidmətin aktual problemləri” I Respublika Forumu keçirilib. Forumu giriş sözü ilə açan Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov təhsildə psixoloji xidmətin inkişaf dinamikasından bəhs edib və bu işdə universitetin fəaliyyətini vurğulayıb. Daha sonra Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək, forumun işinə uğurlar arzu edib, […]

Iş yerini dəyişən müəllimlərin vakansiya seçimi yekunlaşır

  Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az- a bildirilib ki, vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq. Vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər. Xatırladaq ki, aprelin 17-dən 19-dək keçirilmiş vakansiya seçimi […]