Mektebgushesi

“Mənim Universitetim – 100 il” layihəsi təqdim olunub

“Mənim Universitetim – 100 il” layihəsi 182 və 162 saylı orta məktəblərdə təqdim olunub. Universitetdən mektebgushesi.az -a bildirilib ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planına əsasən bu ali təhsil müəssisəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Mənim Universitetim – 100 il” layihəsi çərçivəsində növbəti tədbir Binəqədi rayonunda yerləşən […]

Bakıda 20 nömrəli məktəbdə yanğın təhlükəsi

Mektebgushesi.az “Report”- a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Parlament prospektində yerləşən 20 nömrəli məktəb-liseyin həyətinə bitişik hasarlanmış ərazidə baş verib. Belə ki, ərazidəki tullantılar naməlum şəxslər tərəfindən yandırılıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından mühafizə hissəsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsinin əməkdaşları tərəfindən yanğının […]

ADNSU-da “Açıq mikrofon” təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) payız semestrinin imtahan sessiyasının nəticələrinə və digər məsələlərə həsr olunmuş “Açıq mikrofon” təşkil olunub. ADNSU-dan A bildiriblər ki, professor və müəllimlərin, tələbələrin, valideyinlərin iştirak etdikləri tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı payız semestrinin imtahan sessiyasının nəticələri barədə ətraflı məlumat verib. Universitetdə həyata keçirilən yenilik və islahatlardan danışan […]

Dünyada 72 milyon insan yalnız jest dilində ünsiyyət saxlayır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Jestlərin tanınması metodlarının analizi” mövzusunda dəyirmi masa keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin baş mütəxəssisi Kəmalə Qurbanova jest (işarə) dilinin tətbiq sahələri, növləri, müasir vəziyyəti və daktil əlifba (əlin müxtəlif vəziyyəti ilə hərflərin canlandırılmasını nəzərdə tutan əlifba) barədə ətraflı məlumat verib. Məruzəçinin sözlərinə görə, jestlərin kombinasiyasından […]

BDU-nun 100 illiyi münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib. Yarışmaya respublikanın müxtəlif universitetlərini təmsil edən 300 nəfərdən artıq tələbədən ibarət 51 komanda qatılıb. BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən çempionat üç turdan ibarət olub gərgin mübarizə şəraitində keçib. Yarışın nəticəsi olaraq Bakı […]

“Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihəyə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihə həyata keçirilir. “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində universitetlərdə növbəti seçim turları keçirilmişdir. Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların […]

Dövlət Neft Fondu tələbələr arasında “Uğurlu səhm seçimi” müsabiqəsinə başlayır

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tələbələr arasında “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinə başlayır. Fonddan AZƏRTAC-a bildirilib ki, müsabiqədə tələbələr investisiya seçimi və təhlili bacarıqlarını nümayiş etdirəcək, eləcə də təcrübəli mütəxəssislərdən rəy alacaqlar. Müsabiqədə bakalavr pilləsinin son iki ilində və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. İştirakçılar dörd nəfərdən ibarət komanda şəklində olmaqla […]

“EMİNERA” ADNSU-da tələbələr üçün təlim keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin növbəti təlimi keçirilib. ADNSU-dan verilən məlumata görə, “İnformasiya texnologiyalarının insan həyatında rolu”, “Java proqramlaşdırma dili” və “Xaricdə təhsil” mövzularında təşkil olunan təlim “EMİNERA” şirkətinin nümayəndələri Qabil Əliyev və Emin Zeynalov tərəfindən aparılıb. Onlar tələbələri maraqlandıran sualları cavablandırıblar. “EMİNERA” hüquqi şirkət olaraq yaradılıb və 2008-ci ildən bir çox […]

UNEC-də Cəlil Məmmədquluzadə anıldı

Azərbaycan Dövlət İqtisad Universitetinın (UNEC) Rus İqtisad Məktəbində böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib. UNEC-dən bildirilib ki, tədbirdə çıxış edən məktəbin direktor müavini Anar Eyyubov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən dahi ədibin yubileyinin ölkəmizdə yüksək səviyyəsində qeyd olunduğunu söyləyib. A.Eyyubov yazıçının yaradıcılığından söz açıb, C.Məmmədquluzadə […]

Təhsil və tərbiyəyə bağlı ömür

Dərin ağlı, iti zəkası ilə ibrətamiz bir həyat yolu keçmiş Ülviyyə müəllimə Rzayeva xalqına sahib olduğu müəllim peşəsi ilə xidmət edir. O, bu peşənin bilicisi kimi ziyalı, alicənab və humanist xüsusiyyətə malik bir müəllimə kimi öz nümunəvi davranışı, bilik və bacaracağı ilə kollektivdə müəllim və tələbələrin dərin hörmətini qazanmışdır. Biləndə ki, bu il həmkar yoldaşımın […]

Azərbaycan Texniki Universiteti yeni “ERASMUS+KA2” layihəsinin icrasına başlayıb

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru, professor Sübhan Namazov, beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva, avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fuad Daşdəmirov Avropa İttifaqının maliyyələşdirdiyi və Polşa Texnologiya Universitetinin koordinatoru olduğu “Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi” adlı “Erasmus+ KA2” layihəsinin ilk toplantısında iştirak etmək üçün Polşada ezamiyyətdə olublar. AzTU-dan AZƏRTAC-a bildirilib […]

Azərbaycan dilçilik elminə sanballı töhfə

“Tivi şivəsinin izahlı lüğəti” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın və filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışovun hazırladığı “Tivi şivəsinin izahlı lüğəti” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, AMEA-nın Nəsimi adına Dilçilik Institutunun elmi şurasının qərarı ilə nəşr olunan kitabda Naxçıvan Muxtar Respublikası […]

Humanitar sahənin problemləri üzrə elmi fəaliyyətin istiqamətləri və mühüm nəticələri müzakirə olunub

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təhsil kompleksində “Müasir dövr humanitar sahənin elm, təhsil və yaradıcılıq problemləri üzrə elmi və elmi-tədqiqat fəaliyyətinin istiqamətləri və mühüm nəticələri” mövzusunda VI respublika elmi-praktik konfrans keçirilib. BXA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən akademiyanın prorektoru, professor Sonaxanım İbrahimova əsas məqsədin müasir dövrdə humanitar sahələrin inkişafı, diqqətin elmi və elmi-tədqiqat fəaliyyətinin aktual problemlərin […]

Azərbaycan alimləri beynəlxalq elmi konfransda Xocalı soyqırımının mahiyyətindən danışıblar

Bakı, 4 mart, AZƏRTAC Fransanın Nitsa şəhərində AMEA-nın Fəlsəfə İnstitutunun və Nice Sophia Antipolis Universitetinin birgə təşkilatçılığı ilə “Bərabərlik: fəlsəfədən hüquqa” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Fəlsəfə İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə bir neçə dövlətin filosofları və hüquqşünas alimləri iştirak ediblər. “Hüquq fəlsəfəsində əxlaq, ədalət və mədəniyyət problemləri” mövzusunda məruzə ilə çıxış edən Fəlsəfə İnstitutunun direktoru, Nice […]

BŞTİ- də qaliblərlə görüş keçirilib

B Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən qalibiyyətlə Vətənə qayıdan məktəblilərlə görüş keçirilib. 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunmuş görüşdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri, Azərbaycan Şito-Ryu Karate-Do Klubunun vitse-prezidenti Fərhad Hacıyev, məşqçilər və BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləri iştirak […]